Azərbaycan Qadın Xeyriyyə Cəmiyyəti

Azərbaycan qadın xeyriyyə cəmiyyətlləriXX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş qadın xeyriyyə cəmiyyəti.

Hənifə xanım Məlikova

Azərbaycanda 1908-ci ildə ilk qadın xeyriyyə cəmiyyəti yaradılmışdır. Bu tip qadın təşkilatının yaradılmasının təşəbbüsçüsü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova olmuşdur. Təhsilli müsəlman qadınlar(onlar isə görkəmli çar məmurları, generalları, iri sənayeçilərin arvadları və qızları idi) təkcə yoxsullara yardım etmək üçün bir yerə yığışmamışdılar. Gənc qadınlar qarşılarında məqsəd qoymuşdular: qadınların mədəni səviyyəsini qaldırmaq, onlarda elmi biliklərə həvəsi oyatmaq. Qadın xeyriyyə cəmiyyətinin ilk fəxri sədri isə məşhur sahibkar Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Tuqanova olmuşdur.

Liza Tuqanova-Muxtarova