Azərbaycan tayuğu (cins)

Azərbaycan toyuq cinsi[1] — Azərbaycan toyuq cinsi yumurtalıq istiqamətli cinsdir. Azərbaycanın yerli isti iqlim şəraitinə davamlıdır. Hər toyuqdan ildə orta hesabla 120-150 ədəd yumurta almaq mümkündür. Yumurtanın çəkisi 50-60 qram olur. Yumurtadan cücə çıxma faizi yüksəkdir. Fərələr 4-5 aylığında yumurta verirlər. Xoruzların diri kütləsi 2,5-3 kq, toyuqlarınki isə 1,8-2.5 kq arasında dəyişir. Yetişdirmə şəraitindən asılı olaraq eksteryeri və məhsuldarlıq göstəriciləri müxtəlif olur. Xəstəliklərə davamlı olduğuna görə, həyətyanı təsərrüfatlarda yetişdirilir. Azərbaycan ərazisində geniş ərazidə yayılmışdır. Ətinin dadlığına və yumurtasının qidalılığına görə seçilir. Dənə az tələbkardır. Çoxlu ot yeməsi ilə seçilir. Rəngi qəhvəyi, qonur və çil-çil ola bilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan toyuğu (cins)" (az.)). 2016-02-08. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16-07-2017.