Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Atakhanli (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Azərbaycana qarşı soyqırım gerçəklikləri — əsasən 20 yanvar faciəsi haqqında, onun baş vermə səbəbləri, milli, dini aspektləri və Qarabağ münaqişəsi ilə 20 yanvar faicəsinin əlaqəsi haqqında yazılmış kitab. Kitab 3 dildə nəşr edilib.[1]
Azərbaycana qarşı soyqırım gerçəklikləri | |
---|---|
Azərbaycana qarşı soyqırım gerçəklikləri | |
Müəllif | Ramiz Mehdiyev |
Mövzu | tarix, hüquq |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 2000 |
Nəşriyyat | Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsi |
Səhifə | 204 |
Tiraj | 2000 |
Azərbaycana qarşı soyqırım gerçəklikləri kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitab 20 yanvar faciəsi haqqında 3 dildə yazılıb. Kitabda faciədən sonra öldürülmüş insanların fotoları da yer alıb.
Əsərdə Sovet ordusunun Tiflisdə və Vilnüsdə həyata keçirdiyi cəza əməliyyatları ilə Bakıda baş tutmuş daha genişmiqyaslı 20 yanvar faciəsi müqayisə edilir. Qırğınlara səbəb olan Qorbaçovun gürcü və litva xalqlarından üzr istədiyi halda Azərbaycan xalqından üzr istəməməsi dini, Qafqaz və türk amili ilə şərh edilir. Daha sonra isə kitabda Rusiyanın və ermənilərin bölgədəki siyasəti və maraqları haqqında da yazılıb.[1]