Azərbaycanda Bəhailik

1926-cı ildə Bakıda təşkil olunmuş Bəhai təmayüllü məktəb.

Azərbaycanda BəhailikAzərbaycanda Bəhai dininin yaranmasını və keçdiyi tarixi yolu özündə ehtiva edir. Azərbaycan ərazisidə Bəhai dininin yayılması dövrü elə dinin yarandığı dövrdən başlamışdır. Babilik hərəkatı ilə başlanan proses nəticəsində günümüzdə müstəqil bir inanc sistemi olan Bəhailik yaranmışdır. Babilər hərəkatının əsas iştirakçılarından olan Tahirə Qürrətüleynin etnik azərbaycanlı olması və hərəkatda bir çox azərbaycanlının fəal iştirak etməsi nəticəsində azərbaycanlıların yaşadığı coğrafi ərazidə ilkin forması ilə Babilik və daha sonrakı forması ilə Bəhailik inkişaf etməyə başlamışdır.[1][2][3] Azərbaycan ərazisində ilk mütəşəkkil Babi icması 1850-ci ildə Naxçıvanda yaradılmışdır. XX əsrdən etibarən Bakı mərkəz olmaqla bəhailər Gəncə, Sabirabad kimi şəhərlərdə öz icmalarını formalaşdırmağa başlamışdılar. Azərbaycanda 1920-ci ildə bolşeviklərin hakimiyyətə gəlməsi ilə Bəhai icmaları bir çox dini icmalar kimi təqib olunmağa başlamışdır.

1922-ci ildən etibarən mətbuatda Bəhai dini təlimini antibolşevik ideologiyada ittiham edən məqalələrin çıxması ciddi təqiblər üçün bir növ işarə oldu. 1926-cı ildə İran mənşəli bəhailərin kütləvi şəkildə Azərbaycandan İrana deportasiyası ilə bəhailərə qarşı birinci təqib kampaniyası başlayır. İcmalarda yığıncaqlar keçirmək və ianələr toplamaq qadağan edilir. Dini ədəbiyyat və məhfil iclaslarının protokolları müsadirə edilir. Bir müddət sonra kəskin qadağalar götürülsə də, məclislərin keçirilməsi üçün xüsusi dövlət razılığının olması tələbi qoyulur.[4] 1928-ci ildə bəhai icmalarına qarşı kütləvi təqib kampaniyası yeni qüvvə ilə alovlanır. Bakıda Ruhani Məhfilin iki üzvü həbs edilir və Sibirə sürgünə göndərilir. İcmaların dövlət qeydiyyatı və Nizamnamələri ləğv edilir, komitələr buraxılır.

Bəhai müəllimlər işdən çıxarılır. Dövlətin xüsusi fərmanı ilə dini icmaların mülkiyyətində olan daşınmaz əmlak, o cümlədən Çadrovu küçəsi 216-da yerləşən icmaya məxsus bina dövlətin mülkiyyətinə keçir. İcma qarşısında ya binanı boşaltmaq, ya da onu yüksək haqla dövlətdən icarəyə götürmək kimi şərt qoyulur. Dövlət orqanları ilə danışıqlardan sonra icarə haqda razılaşma əldə edilir.[5] 30-cu illərin əvvəllərində Sovet hökuməti mövcud rejimi bir qədər də kəskinləşdirərək, icmalardan Məhfillərin buraxılmasını və bütün fəaliyyətlərin dayandırılmasını tələb edir. Bəhailər dövlətin tələblərini yerinə yetirərək kollektiv fəaliyyətlərini dayandırırlar. Bu vəziyyət 1934-cü ilə kimə davam edir. 1934-cü ilin əvvələrində dövlətin siyasəti gözlənilmədən dəyişir; müsadirə olunmuş əmlak yenidən icmalara qaytarılır, yenidən bir yerə toplanmaq, məclislər keçirməyə icazə verilir. Həmin ilin Aprelində yerli məhfillərə seçkilər keçirilir, Bakı, Gəncə, Bərdə, BalaxanıSalyanda icmalar öz fəaliyyətlərini bərpa edirlər.

Bəhailərə qarşı təzyiqlər SSRİ süqut etdiyi dövrə qədər müxtəlif formalarda davam etmişdir. 1991-ci ildə Azərbaycanın ikinci dəfə müstəqilliyini elan etdikdən sonra icma Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən rəsmi şəkildə qeydiyyata götürülmüşdür. Dinlərin Arxivi Assosiasiyası tərəfindən 2005-ci ildə elan olunmuş məlumatlara əsasən Azərbaycanda 1.638 bəhai inancına mənsub şəxs yaşayır.[6]

XX əsrin əvvəlləri

[redaktə | mənbəni redaktə et]

Balaxanı bəhailəri

[redaktə | mənbəni redaktə et]

Bəhailərin Xidməti Cəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Bölgələrdə bəhai icmaları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan ədiblərinin bəhailik dininə olan münasibəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan əsilli tanınmış bəhailər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan bəhailiklə bağlı yazılarda

[redaktə | mənbəni redaktə et]
  1. Milani, Farzaneh. Veils and words: the emerging voices of Iranian women writers. Contemporary issues in the Middle East (illustrated). I.B.Tauris. 1992. 295, esp. 3, 8, 27, 49, 53, 61, 63, 77–82, 90. ISBN 978-1-85043-574-7. 2019-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.
  2. Effendi, Shoghi. God Passes By. Wilmette, Illinois, USA: Bahá'í Publishing Trust. 1944. səh. 72. ISBN 0-87743-020-9. 2008-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.
  3. "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation". US Bahá’í Publishing Trust. 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-05.
  4. "Baha'i Faith History in Azerbaijan". National Spiritual Assembly of the Bahá'ís of Azerbaijan. 2012-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-22.
  5. Azərbaycan bəhai icmasının tarixi [ölü keçid]
  6. "Most Baha'i Nations (2005)". QuickLists > Compare Nations > Religions >. The Association of Religion Data Archives. 2005. 2010-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-11.