Azərbaycandakı türk şəhidliklərinin siyahısı — 1918-ci ilin yay və payız aylarında Azərbaycanın müxtəlif yerlərində şəhid olmuş Qafqaz İslam Ordusunun türk şəhidlərinə qoyulmuş abidələrin siyahısı. Şəhidliklər daha çox şəhid olmuş türk əsgərlərin qəbirlərinin üzərində qurulub. Bu qəbirlərin əksəriyyəti sovet işğalından sonra yerli insanlar tərəfindən qorunub. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə həmin qəbirlərin yerləşdikləri yerlərdə şəhidliklər tikilib.
Şəhidliklər | Tikildiyi tarix | Yerləşdiyi yer | Memarı | Şəkli | Haqqında |
---|---|---|---|---|---|
Acıdərə Türk Şəhidliyi | 2000 | Qobustan rayonu, Acıdərə dərəsi.
Bakı-Şamaxı yolunun kənarı |
|||
Bakı Türk Şəhidliyi | 2000 | Bakı, Şəhidlər Xiyabanı | Hüseyn Bütüner | ||
Bankə Türk Şəhidliyi | 2004 | Neftçala rayonu, Bankə qəsəbəsinin Seyidlər qəbiristanlığı | |||
Bığır Türk Şəhidliyi | Göyçay rayonu, Bığır kənd qəbiristanlığının ərazisi | ||||
Çələngəz Türk Şəhidliyi | 2002 | Şəki rayonu, Varazat kəndi | |||
Digah Türk Şəhidliyi | 2019 | Abşeron rayonu, Digah kənd qəbiristanlığı | Digah kənd qəbiristanlığında Qafqaz İslam Ordusunun şəhid olmuş 9 əsgəri dəfn olunub.[1] 2019-cu ildə qəbirlərin yerləşdiyi ərazi abadlaşdırılıb,[2] ətrafında ağaclar və güllər əkilib, eləcə də şəhidlərin xatirəsinə abidə qoyulub.[3][4] | ||
Ərəbşalbaş Türk Şəhidliyi | 2014 | ||||
Gəncə Türk Şəhidliyi | 2022 | Gəncə şəhəri, Şah Abbas məscidinin yanı | |||
İqriq Türk Şəhidliyi | 2012 | Quba rayonu, İqriq kənd qəbiristanlığı | |||
Qaraməryəm Türk Şəhidliyi | 1918-ci ilin 16–30 iyun tarixlərində Qafqaz İslam Ordusu ilə Bakı Xalq Komissarları Soveti arasında Qaraməryəm döyüşləri baş tutub.[5] Qafqaz İslam Ordusu bu döyüşləri qələbə ilə yekunlaşdırsa da döyüşlərdə 122 itki verib.[6] Onlardan bəziləri Qaraməryəm kəndinin ərazisində dəfn olunublar. | ||||
Qubalıbaloğlan Türk Şəhidliyi | 2017 | Hacıqabul rayonu Qubalıbaloğlan kəndi |