AZƏRELEKTRONİKA zavodunda müxtəlif növ və ən müasir soyuducular, kondisionerlər, paltaryuyan və qabyuyan maşınlar və digər təyinatlı məişət avadanlıqları istehsal olunur. Burada istehsal olunan məhsulların daxili bazara çıxarılması ilə yanaşı, həm də xarici bazara ixrac olunur.
26 noyabr 2009-cu ildə "Evsen" Şirkətlər Qrupunun rayonda inşa etdiyi "Azərelektronika" məişət cihazları istehsalı zavodunun açılış mərasimi olmuşdur.
13 hektar sahəni əhatə edən zavodun inşasına 2005-ci ildə başlanılmış, tikinti işləri 2008-ci ilin mayında başa çatdırılmışdır. İstehsal sahəsi 20 min kvadratmetr olan zavodda kondisioner sexi fəaliyyət göstərir. Zavodun istehsal gücü ildə 600 min kondisionerdir. Burada Türkiyədən, Malayziyadan, İrandan gətirilən xammaldan, habelə yerli materiallardan istifadə olunur. Bundan əlavə, zavodda boya, polifon, plastik kütlə əridən sexlər, 250 tonluq 6 hidravlik pres də quraşdırılmışdır.
Müəssisə istehsal xətti ən son texnogiyalarla təchiz edilmişdir.