Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti

Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti və ya qısaca Azəristiliktəchizat ASC — İstilik təchizatı sahəsində Azərbaycanın vahid texniki iqtisadi siyasətini həyata keçirən və mərkəzləşdirilmiş istilik və isti su xidmətləri göstərən və səhmlərinin 100 faiz paketi dövlətə məxsus şirkətdir.

[http://Azəristiliktəchizat%20ASC]
  • Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 2005
Tabelik Azərbaycan Respublikası Nazirlər Kabineti
Baş qərargah Bakı Bakı
Ünvan Xətai rayonu, Xudu Məmmədov küçəsi 3
Rəhbərlik
Rəhbər İlham Mirzəliyev (s.m.i.e.)[1]

Rəsmi saytı azeristilik.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Azəristiliktəchizat" ASC "Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir[2].

  1. "Arxivlənmiş surət". 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-07.
  2. "Struktur" (az.). azeristilik.gov.az. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.