Azərmaş ASC

Azərmaş Açıq Səhmdar Cəmiyyəti — 6 avqust 2016-cı il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir.

Azərmaş
Azərmaş Açıq Səhmdar Cəmiyyəti
Ümumi məlumatlar
Sənaye avtomobil sənayesi
Təsis tarixi 2016
Baş qərargahın yeri Bakı, Azərbaycan
Struktur
İşçi sayı 500
Rəhbərlik
Emin Axundov,
Zaur Hacıyev
azermash.az

İlk olaraq, Neftçala Sənaye Məhəlləsində qurulmuşdur. Bu işin məntiqi davamı olaraq Özbəkistan istehsalı olan avtomobillərin (Ravon) yığılması zavodu, Rusiya istehsalı olan GAZ qrupu kommersiya avtomobillərinin yığılması zavodunun və gələcəkdə digər ölkə avtomobil markalarının istehsalı zavodlarının, lokallaşdırma, servis və satış (həm də ehtiyat hissələrinin) nöqtələrinin artırılması, utilizasiya proqramı, ixtisaslaşdırılmış kadr hazırlığı, hazır məhsul və ehtiyat hissələrinin ixrac imkanlarının reallaşdırılması da nəzərdə tutulmuşdur.

Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri "AzKron" MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə — 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobilin ixracı nəzərdə tutulur. Müəssisədə 300 nəfər işlə təmin edilmişdir.

2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulur.

Müasir texnologiyalar əsasında qurulan "AzKron" MMC avtomobil istehsalı zavodunda "Khazar", "Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunacaq.

Eyni zamanda Ravon və QAZ şirkətləri ilə tərəfdaşlıq mövcuddur.

Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Rusiyanın birgə layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulmuşdur. Təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və "Azərmaş" ASC-nin idarə heyətinin sədri Emin Axundov iştirak etmişdir.

Kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodu "Azərmaş" ilə Rusiyanın "Qaz Qrup" şirkətinin birgə layihəsidir. Zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 milyon manat təşkil edir. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunması nəzərdə tutulur.

Zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edir. Tikinti işləri 2021-ci ildə başa çatdırılib. Zavodda "Qazel", "Qazel Biznes", "Qazel Next" avtomobillərin modelləri və xüsusi təyinatlı texnika istehsal edilir.

17 Sentyabr , 2021- ci ildə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş Park” MMC-nin avtomobil istehsalı zavodunda minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı üzrə yeni xətt istifadəyə verilib.

Bu xətt üzrə “Azərmaş Park”ın Özbəkistanın “UzAvtoSanoat” Səhmdar Cəmiyyəti ilə birgə layihəsi olan və “General Motors” (ABŞ) şirkətindən əldə olunan razılıq əsasında “Chevrolet” markalı minik avtomobillərinin və Yaponiyanın “İSUZU” brendinin avtobusları və pikapları istehsal edilir.

1 may 2023-cü ildə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun təməli qoyulub.

Azərmaş CP Məhdud Məsuliyyətli Cəmiyyətinin Özbəkistanın "Uzavtosanoat" Səhmdar Cəmiyyətinin dəstəyi ilə reallaşdıracağı layihənin investisiya dəyəri 88 milyon manatdır.

Müəssisə tam olaraq "Azərmaş CP" MMC tərəfindən maliyyələşdirilir. ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan texnologiyaları əsasında fəaliyyət göstərəcək zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağı nəzərdə tutulur. İstehsal xəttinin 2025-ci ildə açılması planlaşdırılır. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq. İstehsal olunacaq avtomobillər daxili bazarla yanaşı, xarici bazarlara çıxarılacaq.

  • Dena-Khazar
  • Peugeot-Khazar
  • Samand-Khazar
  • Raeton-Khazar CC
  • Gazel Next
  • Gazelle Business
  • Isuzu NP 37
  • Isuzu D-Max V-Cross
  • Chevrolet Damas
  • Labo
  • Lacetti
  • Tracker
  • Malibu