Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Azərsüd — Azərbaycanın milli süd markasıdır.
Azərsüd | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 2013 |
Baş qərargahın yeri | Azərbaycan |
azersud.az |
"Azərsun Holdinq" tərəfindən Kürdəmir rayonu Atakişili kəndində 10 hektar ərazidə ən müasir standartlara uyğun səviyyədə inşa edilmiş, ən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş süd kompleksi yaradılmış və 7 avqust 2013-cü il tarixində cənab Prezident İlham Əliyevin iştirakı ilə istismara verilmişdir. Süd emalı zavodunun xammal ehtiyacını qarşılamaq üçün Kürdəmir rayonunda 500 başlıq ve Hacıqabul rayonu Padarçöl ərazisində isə 2000 başlıq südlük heyvandarlıq ferması və aqrokompleks yaradılmışdır. Ən müasir standartlara uyğun səviyyədə qurulmuş heyvandarlıq komplekslərimizdə əldə edilən yüksək keyfiyyətli südlə süd emalı zavodumuzda müxtəlif çeşidlərdə süd məhsullarının ən yüksək keyfiyyətdə insan əli dəymədən istehsalı həyata keçirilir. Süd emalı zavodu süd emalı sənayesində dünyanın ən qabaqcıl texnoloji avadanlıq istehsalçıları olan Almaniya, İtalya və İsveç firmalarının istehsal etdiyi tam müasir avadanlıqlar ilə təchiz edilmiş və bu da bizə yüksək keyfiyyətdə süd məhsulları istehsalını həyata keçirməyə və həmçinin dünyanın qabaqcıl süd məhsulları istehsalçıları ilə keyfiyyət üzrə rəqabət aparmağa imkan yaratmışdır. Zavod istehsal gücü sutkalıq 250 ton südün yüksək keyfiyyətdə emalını həyata keçirməyə imkan verir.[1][2]
“Mükəmməl Dad” mükafatı 2021 Dünyanın dad analizi üzrə öndə gedən təşkilatlarından biri olan “Beynəlxalq Ləzzət İnstitutu” (International Taste Institute) 2021-cı ildə dünyanın tanınmış markalarının iştirakı ilə mükafatlandırma mərasimini yenə Belçikanın paytaxtı Brüssel şəhərində keçirmişdir. Yüksək keyfiyyətini və mükəmməl dadını bir daha təsdiq edən “AzərSüd” markamız qeyd olunan təşkilat tərəfindən “Mükəmməl Dad” mükafatına bir daha layiq görülmüşdür. “AzərSüd” markamız bu mükafatı ikinci dəfə alaraq bizə bu qüruru yenidən yaşatdı. Bu qürur bizim, bu qürür hamımızındır!
İlin Süd Markası Azərbaycanın aparıcı xəbər portalı olan “Day.az” tərəfindən keçirilən ənənəvi “Xalq Seçimi” sorğusunun qalibləri təyin edilərək, müxtəlif sahələrdə xalq səsverməsi ilə təltif edilmişdir. Qaliblər sırasında “AzərSüd” markamız da yer almışdır. Belə ki, “AzərSüd” səsvermə nəticələrinə əsasən “İlin Süd Markası” seçilmişdir. Bu nəticə “AzərSüd”ün təbiiliyini qoruyaraq insanların sevimli süd və süd məhsulları markasına çevrilməsini əks etdirir.
“Caspian Business Award 2021” “AzərSüd”ün yüksək keyfiyyətli məhsulları yeni mükafata layiq görülməklə özünü bir daha sübut etdi. Belə ki, “Caspian Energy Club” təşkilatı tərəfindən məhsullarımız yüksək qiymətləndirilib və “AzərSüd” markamız “İlin süd məhsulları istehsalçısı” nominasiyasında mükafatla təltif olunub. Bu da təbii olaraq “AzərSüd” məhsullarının yüksək keyfiyyətə malik olmasının göstəricisidir.
“Mükəmməl Dad” mükafatı Dünyanın dad və keyfiyyət analizi üzrə öndə gedən təşkilatlarından biri olan “Beynəlxalq Ləzzət və Keyfiyyət İnstitutu” (İnternational Taste & Quality Institute) 2016-cı ildə dünyanın tanınmış markalarının iştirakı ilə mükafatlandırma mərasimini Avropanın paytaxtı hesab olunan Brüssel şəhərində keçirmişdir. Yüksək keyfiyyətini və mükəmməl dadını bir daha təsdiq edən “AzərSüd” markamız qeyd olunan təşkilat tərəfindən “Mükəmməl Dad” mükafatına layiq görülmüşdür. Dad, qoxu və keyfiyyət göstəriciləri ilə yüksək xal toplayaraq “AzərSüd” dünya mükafatını Azərbaycana gətirən ilk və tək süd markası olmuşdur.
"Worldfest Silver Remi" mükafatı Balacaların sevimli markası “Super Milky” məhsulları kimi keyfiyyətli reklam işləri ilə də gündəmdədir. Belə ki, “Super Milky” üçün hazırlanan reklam filmi Amerikanın Texas ştatının Houston şəhərində keçirilən 48-ci Qida Məhsulları Film Festivalında iştirak etmişdir. Bu kateqoriyada “Super Milky” animasiya reklam filmi “Worldfest Silver Remi” mükafatına layiq görülmüşdür.