Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
"Azərxalça" — Səhmləri Azərbaycan dövlətinə məxsus olan Açıq Səhmdar Cəmiyyət.[1] İdarə Heyətinin sədri Emin Səlhab oğlu Məmmədov (18 mart 2021-ci ildən).[2]
"Azərxalça"nın tarixi XX əsrin birinci yarısından başlayır.
Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamına əsasən "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilmiş, əvəzində "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.[1]
Cəmiyyət Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.[1]
Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.[1]