Azad Əliyev (heykəltəraş)

Azad Mikayil oğlu Əliyev (20 yanvar 1956, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycanın əməkdar rəssamı (2018).

Azad Əliyev
Doğum tarixi (67 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan SSRBakı
Vətəndaşlığı Azərbaycan
Fəaliyyəti heykəltaraş
Təhsili Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi (1972-1976), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (1977-1982)
Janr Heykəltaraşlıq
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında[redaktə | mənbəni redaktə et]

Azad Mikayil oğlu Əliyev 1956-cı il yanvar ayının 22-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1972-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltaraşlıq fakultəsinə qəbul olmuş. 1976-cı ildə həmin fakultəni bitirmişdir. 1977-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş, 1982-ci ildə Universiteti bitirmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

1983-1986-cı illərdə SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanasına daxil olmuş, Akademik Ömər Eldarovun rəhbərliyi ilə elmi yaradıcılıqla məşğul olmuşdur. 1984-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvülüyünə qəbul edilmişdir.

2000-dən artıq əsərin müəllifidir. Əsərləri Azərbaycan, Rusiya, Polşa, Almaniya, Amerika, İtaliya, Fransa, Belçika, Avstriya, Mərkəzi Amerika, İran, Nepal, Türkiyənin şəxsi kolleksiyalarında saxlanılır, muzey və parklarını bəzəyir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]