Azad Mikayil oğlu Əliyev (20 yanvar 1956, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycanın əməkdar rəssamı (2018).
Azad Əliyev | |
---|---|
Doğum tarixi | 20 yanvar 1956 (68 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | heykəltaraş |
Təhsili | |
Janr | Heykəltaraşlıq |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Azad Mikayil oğlu Əliyev 22 yanvar 1956-cı il Bakı şəhərində həkim ailəsində dünyaya gəlib. 1972-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltaraşlıq fakültəsinə qəbul olmuş, 1976-cı ildə həmin fakültəni bitirmişdir. 1977-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş, 1982-ci ildə Universiteti bitirmişdir.
1983-1986-cı illərdə SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanasına daxil olmuş, Akademik Ömər Eldarovun rəhbərliyi ilə elmi yaradıcılıqla məşğul olmuşdur. 1984-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir.
2000-dən artıq əsərin müəllifidir. Əsərləri Azərbaycan, Rusiya, Polşa, Almaniya, Amerika, İtaliya, Fransa, Belçika, Avstriya, Mərkəzi Amerika, İran, Nepal, Türkiyənin şəxsi kolleksiyalarında saxlanılır, muzey və parklarını bəzəyir.
27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.[1]