Azad dinləyici — Ali təhsil müəssisələrində bütün tədris məşğələlərində iştirak etməyə, habelə bütün yoxlama və kurs imtahanlarını verdikdən sonra dövlət imtahanlarına buraxılan, lakin tələbə hüququ və imtiyazları olmayan şəxs. Bolşevik inqilabından əvvəl Rusiyada universitetlərində azad dinləyicilər olmuşdur. SSRİ-də qiyabi və axşam təhsili sistemi yaradıldıqdan azad dilyəcilik ləğv edilmişdir. Buna baxmayaraq, Polşa kimi bəzi sosialist ölkələrində tələbələrə bütün imtahanları ekstern yolu ilə verməyə və məşğələlərdə azad dinləyici kimi iştirak etməyə icazə verilir. Bir çox kapitalist ölkəsinin ali məktəblərində qəbul edilmiş sərbəst davamiyyət sistemi tələbələrə yüksək təhsil və yataqxana haqqını ödəmək üçün işləmək imkanı verir.[1]