Azadkənd hamamı — Ordubad rayonundakı Azadkənddə yerləşən tarixi-memarlıq abidəsi.
Hamam kəndin cənub hissəsində inşa olunmuşdur. Dağılmış vəziyyətdə olan hamam XVI-XVII əsrlərə aiddir. Dörd günbəzi var. Xaricdən ölçüsü: uzunluğu 19 metr, eni 8,2 metr. Tulambar hamamın cənubundadır. Hamam binasının 1 metrə yaxını yerin üstündə, əsas hissəsi isə yerin altındadır. Girişi qərbdəndir. Sal və çay daşından inşa edilib. XX yüzilliyin əvvəllərində istifadə olunurmuş.