Azadlıq adasında (film, 1967)

Azadlıq adasında filmi rejissor Tofiq Sultanov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Kuba adasında keçirilmiş Azərbaycan mədəniyyəti ongünlüyünə həsr olunmuşdur.

Azadlıq adasında
Fayl:Azadlıq adasında (film, 1967).jpg
Janr sənədli
qısametrajlı
Əsərin müəllifi Tofiq Sultanov
Operator Tofiq Sultanov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1967
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1967
Texniki məlumatlar 2 hissə
540 metr
Rəng rəngli

Film Kuba adasında keçirilmiş Azərbaycan mədəniyyəti ongünlüyünə həsr olunmuşdur. Filmdə Kubanın əməkçi xalqı haqqında geniş söhbət açılır. Nümayəndə heyətimizin uşaq bağçasına və Havana tütün fabrikinə getmələri, burada qonaqların mehribanlıqla qarşılanmaları, xalqlarımız arasındakı dostluq və həmrəylik öz əksini tapmışdır.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Müəllif: Tofiq Sultanov
Operator: Tofiq Sultanov
  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 102