Azadlıq və Demokratiya Partiyası (türk.Özgürlük ve Demokrasi Partisi, ÖZDEP ) — Türkiyədəkürdlərin hüquqlarını müdafiə edən bir partiya. Partiya 1992-ci ilin oktyabrında Xalq Əmək Partiyasının (HEP) fəaliyyəti qadağan edildikdən sonra yaradılmışdır.[2] Yaranmasından 4 ay sonra ÖZDEP Türkiyənin konstitusiya məhkəməsi tərəfindən öz müqəddəratını təyinetməni dəstəkləmək və kürd dilində bürokratik xidmət göstərmək ittihamı ilə fəaliyyətini qadağan etmişdir.[3][4]Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətdə Türkiyə 1999-cu ilin dekabrında partiyanın bağlanmasına görə təzminat ödəməyə məcbur edilmişdir.[5]