Azard (esmines)

"Azard" (Азард), 31 dekabr 1922-ci ildən "Zinovyev" (Зиновьев), 27 noyabr 1928-ci ildən "Artyom" (Артём) — 1916–1941-ci illərdə Rusiya imperiyasına bağlı Baltik donanmasının esminesi. Gəmi 1916-cı ildə Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə girmişdir. Esminesin yerdəyişməsi 1260 ton, sürəti 35 düyün (təxminən 65 km/saat) idi. Gəminin silahlarına dörd ədəd 100 mm-lik silah, iki pulemyot və üç borulu torpedo borusu aiddir. Gəminin ekipajı 150 nəfərdən ibarət idi. Rusiyada vətəndaş müharibəsi illərində "Azard" Baltikyanı döyüşlərdə iştirak etmişdir. 4 iyul 1919-cu ildə "Qavriil" esminesi ilə birlikdə Koper körfəzi ərazisində Birləşmiş Krallığa bağlı "L-55" sualtı qayığını batırmışdır. "Artyom" esminesi İkinci Dünya müharibəsinin əvvəlində, Baltik donanmasının gəmilərinin Tallindən Kronştadta keçidi zamanı 28 avqust 1941-ci ildə esmines batırılmışdır.[1]

Azard
esmines "Artyom", 1922-ci ildən 1941-ə qədər olan dövrdə.
esmines "Artyom", 1922-ci ildən 1941-ə qədər olan dövrdə.
Ölkə  Rusiya İmperiyası RSFSR SSRİ
Təşkilat Rusiya imperator donanmasıSSRİ Hərbi Dəniz Qüvvələri
Yeni adı Zinovyev➡Artyom
Salınma tarixi 5 iyun 1916 (1916-06-05)
Batma tarixi 27 avqust 1941 (1941-08-27)
İstehsalçı Metal zavodu (Sankt-Peterburq)
Tipi "Orfey" tipli esmines
Top dörd ədəd 100 mm-lik silah, iki pulemyot və üç borulu torpedo borusu
Heyət 150 (8 zabit daxil olmaqla)
Sürəti 35 düyün
Uzunluğu 98 metr
Eni 9.3 metr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Энциклопедический словарь. 2009. АЗАРД.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Дицкий Г. Ф. Брат наш "Артем" // "Военно-исторический журнал". — 1986. — № 2. — С.74–80. — (Об участии в военных действиях эскадренного миноносца "Артем"в 1941–1945 гг. Воспоминания.)