Azerbaijan Digital Hub (Azərbaycan Rəqəmsal Mərkəzi) – Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən proqramdır.
"Azerbaijan Digital Hub" | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Telekommunikasiya |
Baş qərargahın yeri |
Bakı Azərbaycan |
"Azerbaijan Digital Hub" proqramı (Azərbaycan Rəqəmsal Məkəzi) Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi məqsədilə AzerTelecom şirkəti tərəfindən icra olunur. Poqramın icrasına 2018-ci ildə başlanılıb[1].
"Azerbaijan Digital Hub" proqramının əsas hədəfi Azərbaycanda "Rəqəmsal Mərkəz" yaratmaq, ölkəni Qafqaz,MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionalar üçün "Made in Azerbaijan" brendi altında müxtəlif rəqəmsal xidmətlərin istehsalçısı və ixracatçısına çevirmək, dünyanın İnternet xəritəsinə Frankfurt, Moskva, Sofiya, Amsterdam, London və s. kimi şəhərlərlə yanaşı Bakı şəhərini də yeni İnternet Mübadilə Mərkəzi olaraq əlavə etməkdir[2].
"Azerbaijan Digital Hub" proqramı çərçivəsində yaradılacaq Rəqəmsal Mərkəz dünya əhalisinin dörddə birini[3] (1.8 milyard) müxtəlif rəqəmsal xidmətlərlə təmin edəcək. Bu isə özlüyündə Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix və s.) cəmləşməsinə təminat yaradacaq.
Proqramın reallaşması nəticəsində Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək.
Proqram 3 mərhələdən ibarətdir:
Birinci mərhələ ölkə daxilində və xaricində infrastruktur quruculuğunu nəzərədə tutur.
Bu mərhələ Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə "Rəqəmsal İpək Yolu"nun (Digital Silk Way)[4][5] formalaşmasını, Xəzər dənizinin dibi ilə Azərbaycanla Qazaxıstan[6][7][8] və Türkmənistan[9] arasında fiber-optik kabel xəttinin çəkilməsini (Transxəzər Fiber-Optik Kabel Xətti), ölkə daxilində magistral fiber-optik kabel xətlərinin çəkilməsini nəzərdə tutur.[10][11][12][13][14].
Ölkə daxilində dayanıqlı fiber optik infrastruktur qurulması üçün "AzerTelecom" "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə ölkə daxilində dəmiryol xətlərinin mühafizə zolağı boyunca yeni dayanıqlı magistral fiber-optik kabel infrastrukturunun tikintisi layihəsinə başlayıb. Layihə imkan verəcək ki, Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində olan magistral xətlər Azərbaycanda kəsişsin[15].
İkinci mərhələ Bakının dünyanın internet xəritəsinə daxil edilməsini, böyük kontent operatorları olan "Google", "Facebook", "Alibaba", "Apple", "Amazon", "Netflix" və digərlərinin Azərbaycana və regiona cəlb edilməsini nəzərədə tutur[16][17].
Üçüncü mərhələ regionda və ölkədə rəqəmsal ekosistemin formalaşmasını nəzərdə tutur[18].
Bu mərhələlərin icrası ilə Azərbayan Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün rəqəmsal mərkəzə çevriləcək.
Proqram ölkə daxilində və xaricində bir sıra sərgilərdə təqdim edilib. Bunlar arasında xaricdə keçirilən biznes forumlar,[19] ölkə daxilində konfranslar,[20], Türkmənistanda keçirilmiş Turkmentel 2019 Telekom və İT Sənayesi sərgisi, I Xəzər İqtisadi Forumu[21], Baku Tel 2019 sərgisi[22], Davosda keçirilmiş Dünya İqtisadi Forumu (Davos Forumu) və s. vardır[23].