Azercell Telekom

Azercell – GSM, UMTS və LTE texnologiyaları üzrə xidmət göstərən Azərbaycan mobil rabitə şirkətidir. "Azercell Telekom" MMC ən çox bazar payı və 4.5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur.

Azercell
Azercell Telecom Məhdud Məsuliyyətli Cəmiyyəti
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Mobil rabitə
Sənaye Telekommunikasiya
Təsis tarixi 15 dekabr 1996
Baş qərargahın yeri Bakı Bakı
Struktur
İşçi sayı ~1000 nəfər
Ana şirkət Azerbaijan International Telecom
Rəhbərlik
Prezident Zərinə Zeynalova
Azercell Telekom
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Azercell Telekom"-un əsas ofisi (Bakı)

Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A. Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. "Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu.

1 aprel 2008-ci ildən etibarən "Azercell Telekom" MMC adlanmağa başlayıb.

Azercell beynəlxalq Telia Company şirkətlər qrupunun tərkibində olub. Telia Company-nın Avrasiyada mobil rabitə sahəsində telekommunikasiya holdinqlərindən biri olub.

2008-ci ildən Azercell şirkətinin sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A. Ş," şirkəti olub.[1]

Payları tam olaraq Azərbaycan dövlətinə məxsus olan "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış "Fintur Holdings B. V." şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyədə təsis edilmiş və "Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisi olan "Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A. Ş." ("Azertel") şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır.[2][3][4]

Azercell Telekom MMC ISO 9001:2008, ISO 10002:2014, IIP (Investors In People) — İnsanlara Sərmayədar (İS) və EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartlarına sahibdir.

Əhatə dairəsi və rominq[redaktə | mənbəni redaktə et]

Fəaliyyəti ərzində Azercell-in əhatə dairəsinə əhalinin 98,80%, respublika ərazisinin isə 94,40% daxil edilmişdir. 2000-ci ildən başlayaraq, Bakı Metropoliteninin bütün stansiyaları Azercell şəbəkəsinin xidmət dairəsinə daxildir. Bura həmçinin, stansiyalar arasında mənzillər də daxildir.

Fakturalı xətt abunəçiləri üçün dünyanın 165 ölkəsinin 394 mobil rabitə operatorları ilə rouminq müqavilələri bağlanıb, SimSim abunəçiləri isə 105 ölkədə 228 operatorun xidmətindən istifadə edə bilər.

Statistika[redaktə | mənbəni redaktə et]

Abonentlərin sayı[redaktə | mənbəni redaktə et]

Ən böyük müştəri bazasına malik Azercell 5.000.000-dan çox abunəçiyə xidmət göstərir

Bazar payı[redaktə | mənbəni redaktə et]

"Azercell Telekom" MMC-nin Azərbaycanın mobil telekommunikasiya bazarındakı payı hal-hazırda 49% təşkil edir.

Vergilər[redaktə | mənbəni redaktə et]

Ölkənin qeyri neft sektorunun ən iri vergi ödəyicisi kimi 2015-ci ildə Azercell dövlət büdcəsinə təqribən 123 milyon manat, 19 il ərzində isə 1.235 milyard manat vergi ödəmişdir. Bu gün Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,51% təşkil edib.

Əhatə dairəsi[redaktə | mənbəni redaktə et]

Ölkə ərazisi üzrə əhatə dairəsi 94,40%, ölkə əhalisi üzrə əhatə dairəsi 98,80% təşkil edir.

Tarix[redaktə | mənbəni redaktə et]

1996 15 dekabr 1996-cı ildə "Azercell" şirkətinin fəaliyyətə başlaması
1997 Naxçıvanda ilk bölgə Nümayəndəliyinin açılması
1998 Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu.

24/7 Müştəri Xidmətləri / Telefon Mərkəzinin fəaliyyətə başlaması. SimSim əvvəlcədən ödəmə danışıq sisteminin tətbiq olunması.

1999 "Azeronline" internet təminatçısının təsis olunması
2000 ISO 9001 Beynəlxalq Keyfiyyət Sistemi Sertifikatının alınması
2001 Ümumi abonent sayının 500 000-ə çatması
2002 Novruz Bayramında Azercell'in təşəbbüsü və maliyyə dəstəyi ilə Bayılda məskunlaşmış 150 qaçqın, məcburi köçkün və şəhid ailəsinə 6 milyon manat məbləğində ərzaq yardımının paylanması.
2003 SimSim danışıq kartlarında qiymətlərin dəyişilmədən kontur sayının əhəmiyyətli dərəcədə artırılması
2004 • Özündə Satış, Müştəri Xidmətləri və Ödəmə Nöqtələrini birləşdirən Azercell Express ofislərinin açılması

• Ümumi abonent sayının 1 000 000-a çatması

• GPRS texnologiyasının tətbiq edilməsi

2005 • GəncSim Layihəsinin həyata keçirilməsi

• Bölgə Azex ofislərinin açılması

• Şirkətimizin"Investor in People" İnsana Sərmayyə (IIP) standartına yiyələnməsi

2006 • Bizdən Bizə tarif paketinin tətbiq olunması

• Ümumi abonent sayının 2 000 000-a çatması

• B. Bağırova küçəsi , 2 ünvanında Ön Masa müştəri xidmətləri mərkəzinin açılması 

2007 • Ümumi abonent sayının 3 000 000-a çatması

• Şirkətin Radio Baza Stansiyalarının (RBS) sayının 1 000-ə çatması

• SimSimdə roaminq xidmətinin təqdim olunması

• 051 prefiksin istifadəyə verilməsi

2008 • Ümumi abonent sayının 3,300,000-dən çox olması

• Şirkət RBS-lərinin 1 400-dən çox olması

• BakuTel sərgisində 3G texnologiyasının təqdimatı

• Günəş enerji ilə çalışan ilk "yaşıl" RBS-in quraşdırılması

• "Azercell" şirkətinin Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi

• MobilBank xidmətinin təqdim olunması

2009 • "BARAMA"- İKT sahəsində yeni təşəbbüslərin və icadların gerçəkləşdirilməsi və bu sahədə gənc istedadların dıstıklınmısi məqsədi ilə yeni Azercell layihəsinin başlanması.

• Azercell- in təşəbbüsü ilə himayəsiz, əlil, uşaq evlərində və az təminatlı ailələrdə olan uşaqların müalicəsi üçün ilk Mobil Diş Klinikasının yaradılması.

2010 • Rebranding- Azercell-in korporativ nişanının yenilənməsi

• 4000.000 abonent

2011 • 3G lisenziyasının alınması və xidmətin istifadəyə verilməsi

• Konturdan manatla hesablaşma sisteminə keçid

2012 • Azercell in Eurovision Song Contest 2012

• 24 may 2012-ci il tarixindən 'Azercell Telekom' MMC tərəfindən 4G xidməti artıq istifadəyə hazırdır.

• 26 aprel-Azercell "UGUR-2011" mükafatına layiq görüldü. Şirkət 2 nominasiyada qalib elan olundu (Telekommunikasiya xidmətlərinin inkişafına verdiyi töhfəyə görə və 3G texnologiyalarının uğurlu tətbiqinə görə).

2013 • Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 344,000 nəfərdən çoxdur

• Bütün Azercell abunəçiləri üçün ümumi ödəmə kartı istifadəyə verildi 

2014 Ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edən Azercell Telekom telekommunikasiya sahəsində tətbiq etdiyi yenliklərə və həyata keçirdiyi innovativ layihələrə görə 3 nominasiya üzrə nüfuzlu Stevie Beynəlxalq Biznes Mükafatını (İnternational Business Awards Stevie) qazanıb
2015 27 avqust, 2015 — Azercell "İlin şirkəti" adını qazandı Mobil operator növbəti dəfə Stevie Beynəlxalq Biznes Mükafatına layiq görüldü
2018 5 mart, 2018 — "AzInTelecom" "Azercell Telecom"un səhmlərini alır.[5]
2019 May ayında Android və IOS mobil tətbiqi olan "Azercell Kabinetim" -in istifadəyə verilməsi.
2019 Noyabr, 2019 — "Bakutel" sərgisi çərçivəsində Ericsson ilə birlikdə pilot layihə olaraq Fəvvarələr Meydanındakı Müştəri Xidmətləri Mərkəzində (Tağıyev küçəsi, 26A) mətbuat nümayəndələri və bütün ziyarətçilərə mobil telefonda 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaratdı. Sınaq zamanı 1.1Gbit/s-dən artıq yükləmə sürəti qeydə alındı.[6]
2020 Azercell ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə daha bir sertifikatını əldə edib. • Azercell “Stevie” Beynəlxalq Biznes Mükafatının “İlin telekommunikasiya şirkəti” nominasiyası üzrə qızıl sertifikatını qazandı
2021 “Qaliblərin seçimi - 010 prefiksli nömrələr” Azərbaycanın mobil rabitə bazarına çıxarılıb. Vətən müharibəsindəki şanlı qələbəni bizə yaşadanlara sonsuz hörmətin təcəssümü kimi müharibə veteranı statusuna malik olan bütün vətəndaşlara Azercell-dən yeni “Veteran Tarifi” təqdim olunub.  
2022
  • Azərbaycanda ilk 5G şəbəkəsinin test rejimində işə salınması və bütün Fəvvarələr Meydanı ərazisi boyu bu texnologiyanın sınaq rejimində istifadəyə verilməsi.
  • Azercell Fintek- ölkənin rabitə bazarında ilk dəfə olaraq özündə həm bank əməliyyatları, həm də mobil rabitə imkanlarını birləşdirən yeni biznes istiqamətinin "akart” ticarət markası altında təqdim edilməsi
  • Azərbaycanda ilk rəqəmsal tarifin təqdim edilməsi: “İstəsən” tarifi ilə abunəçilərə öz ehtiyaclarına uyğun tarif paketi yaratmaq imkanının verilməsi
  • Azercell-in təşəbbüsü və dəstəyilə 116111 qısa nömrəsi vasitəsilə xidmət göstərən “Qadın Qaynar Xətti”nin yaradılması

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Turkcell'in ortağı Azercell'i bitirdi". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
  2. ""AzInTelecom" MMC "Azercell Telekom" MMC-nin idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfini əldə edib". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
  3. "Turkcell iştiraki Fintur, Azertel hisselerini devretti". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
  4. ""Azercell"in səhmlərini "AzInTelecom" alıb". 2018-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
  5. "AzInTelecom" "Azercell Telecom"un səhmlərini alıb". 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25.
  6. "Azercell 5G". 2020-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]