Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azerconnect Azərbaycan Respublikasında informasiya, kommunikasiya və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to business — Biznesdən biznesə) şirkətdir.
Azerconnect | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Telekommunikasiya |
Təsis tarixi | 2013 |
Baş qərargahın yeri | Bakı |
Struktur | |
İşçi sayı | ~1400 nəfər |
Rəhbərlik | |
Rəhbərlik | Baş icraçı direktor Emil Məsimov |
Azerconnect MMC |
Şikrət 2013-cü ildə təsis edilib. Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir[1][2].
Azerconenct korporativ müştərilərə müxtəlif İKT xidmətləri və optimal həllər təqdim edir və şirkətdə 1400-ə yaxın yerli və xarici mütəxəssis çalışır. Şirkətin müştəriləri arasında mobil və sabit şəbəkə operatorları, internet xidmət provayderləri, o cümlədən, İKT sahəsi ilə yanaşı müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər vardır.
Azerconnect Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM), Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Caspian Energy Club (CEC) kimi təşkilatların üzvüdür[3].
2021-ci ilin may ayında Azerconnect Azərbaycanda ilk dəfə böyük işçi heyəti üçün məsafədən işləmək imkanı yaradan "FLEXcellence" proqramının tətbiqinə başlayıb[4][5].[6]
2023-cü ildə şirkət dünyanın nüfuzlu "Top Employer Institute" (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən 2023-cü il üzrə Azərbaycanda "Ən Yaxşı İşəgötürən" şirkət sertifikatına layiq görülüb.[7]
İnsan resurslarının idarə edilməsi sahəsində həyata keçirdiyi müxtəlif layihələrə görə 2023-cü ildə Azerconnect üç müxtəlif kateqoriya üzrə nüfuzlu "Brandon Hall Group Mükəmməllik Mükafatı"[8] və "Stevie" mükafatlarına layiq görülüb.[9][10]
Azerconnect informasiya və kommunikasiya texnologiyaları sektorunda olan şirkətləri aşağıdakı xidmətlərlə tədmin edir:
— Texniki, şəbəkə xidmətləri və informasiya texnologiyaları (İT) sahəsində xidmətlər;
— Müştəri təcrübəsinin idarə olunması ilə bağlı xidmətlər;
— İxtisaslaşdırılmış maliyyə, təchizat-logistika və digər dəstək xidmətləri;
— Strateji marketinq və satış xidmətləri;
— İnsan Resursları sahəsində xidmətlər.
Azerconnect bir sıra yerli və xarici şirkətlərlə tərəfdaşlıq əlaqələrinə sahibdir. Tərəfdaşlar sırasında Bakcell, Paşa Construction, NOKIA, Microsoft, ORACLE[11], Xalq Bank, AzerTelecom, Huawei, Xalq Sığorta, BBTV, Ultel və digərləri vardır.