Azov oturacağı

Azov oturacağı — 1637–1642-ci illərdə Azov qalasına nəzarət uğrunda OsmanlıKrım qüvvələri ilə Don kazakları arasında baş tutan münaqişə.

Tarixi[redaktə | mənbəni redaktə et]

Rusiyanın cənub bölgələrinə basqınlar edən KrımNoğay tatarları Osmanlı imperiyasının nəzarətində olan Azov qalasına arxalanırdılar. Qalanın dörd min nəfərlik əsgər və 200 topdan ibarət qarnizonu var idi. 1637-ci ilin yayında Krımda gedən daxili mübarizədən istifadə edən kazaklar Azovu ələ keçirmişdilər. 1641-ci il iyunun əvvəlində Osmanlı–tatar ordusu Azovu mühasirəyə almışdı. Bununla belə, təxminən 5,5 min nəfərdən ibarət Don kazakları qalanın müdafiəsində dözümlülük göstərərək osmanlıların çoxsaylı hücumlarını dəf etmişdilər. Ağır itkilər verən Osmanlı ordusu sentyabrın sonunda mühasirəni buraxmağa məcbur qalmışdılar. Qalanı müdafiə edən kazaklar Rusiya hökumətinə Azovu onların səlahiyyətləri altına verməyi təklif etmişdilər. Məsələni həll etmək üçün hökumət 1642-ci ildə Zemski soboru çağırmışdı. Burada deputatlardan bəziləri kazakların təklifinin lehinə çıxış etmişdilər, lakin Osmanlı imperiyası ilə müharibədən yayınmaq üçün Rusiya hökuməti Azovu tərk etmək qərarına gəlmiş və kazakları oranı tərk etməyə çağırmışdır. 1642-ci ilin yayında kazaklar Azovu tərk edərək onun istehkamlarını dağıtmışdır. Azovun müdafiəsi tarixi hekayələrdə, xalq mahnılarında, əfsanələrdə öz əksini tapmışdır.[1]

Ədəbiyyatda[redaktə | mənbəni redaktə et]

  • Azovun müdafiəsi Don kazaklarının hadisə haqqında nağılında təsvir edilmişdir.
  • Pyotr Krasnov, "Hər şey keçir" hekayəsi.
  • Vasili Vedeneyev, "Vəhşi tarla" romanı.
  • Vladislav Baxrevski, "Toylar" romanı.
  • Qriqori Miroşniçenko, "Azov" və "Azov mühasirəsi" romanları.
  • Dmitri Petrov-Biryuk, "Çöl cəngavərləri" hekayəsi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Энциклопедический словарь. 2009. АЗОВСКОЕ СИДЕНИЕ.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Куц О. Ю. Азовская оборона 1641 г.: источники и ход событий. // Очерки феодальной России. Выпуск 10. — М.; СПб., 2006. — С. 111—177.
  • Куц О. Ю. Донское казачество времени Азовской эпопеи и 40-х гг. XVII в.: политическая и военная история. — М., 2014.
  • Куц О. Ю. Азовское осадное сидение. 1641. Оборона донскими казаками крепости Азов. — М.: Фонд «Русские витязи», 2016. — ISBN 978-5-9906037-4-5.
  • Лунин Б. В. Азовская эпопея 1637-1641 гг.: Взятие казаками Азова в 1637 г. и Азовское осадное сидение 1641 г. — Ростов-на-Дону, 1988.
  • Никитин Н. И. Азовская эпопея 1637—1641 гг. и её последствия. // Военно-исторический журнал. — 2015. — № 9. — С. 44—51.
  • Орлов, Александр Сергеевич. Особая повесть об Азове. // ЧОИДР, 1907. — Кн. 4.
  • Повесть об Азовском осадном сидении донских казаков. // Хрестоматия по древней русской литературе XI – XVII веков. Сост. Н. Гудзий. – М., 1947.
  • Робинсон А. Н. Повести об Азовском взятии и Азовском осадном сидении. // Воинские повести Древней Руси. — М.—Л., 1949.
  • Тихонов, Юрий Александрович. "Азовское сидение". Вопросы истории (8). 1970. 99—110/.
  • Фокин И. А. Азовская эпопея 1637-1641 годов в контексте военного искусства. // Новик. Сборник научных статей по военной истории Научного Одесского Военно-Исторического Клуба, 2009.
  • Челеби Эвлия. Книга путешествия. Поход из Анапской гавани на завоевание Азова. // Повесть об Азовском сидении донских казаков. — Ростов-на-Дону: Донской издательский дом, 2003. – 90 с.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]