Börü Ana

Börü Ana — türk mifologiyasında qurd ilahə. Müxtəlif türk dillərində Qurd (Kurt, Kord, Kurd, Kırt, Gurt) Ana şəklində də deyilər. Böri (Boro) Ana olaraq da bilinər. Monqollar Çina (Şına, Şono) Ece olaraq xatırlayarlar.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Qurdları qoruyar. Çünki Türklər qurddan törəmişdir. Türk tayfaları ortaq bir inanc olaraq dişi qurddan törəndiklerine inanarlar. İlk dəfə Hun və Vusun (Wu-Sun) əfsanəsindəki bir əhvalata görə Hun hökmdarı tərəfindən öldürülən Vusun kağanının kiçik oğlu çölə buraxılmış və onu da dişi bir qurd əmizdirmişdir. Bunu görən Hun Xaqanı uşağı yanına alaraq yetişdirmiş ,taxtını ona geri vermişdir. Dişi qurddan törəmə əfsanəsi Aşina (E-Çinə) adlı dişi qurd əfsanəsində ən yetkin formasına çatmışdır. Göytürklərin əfsanəsinə görə əcdadları olan adam hələ bir uşaqkən düşmənləri tərəfindən ailəsi öldürüldükdən sonra bataqlığa atılmış və burada dişi bir qurd tərəfindən tapılıb əmizdirilir. Daha sonra da onunla evlənir. Doğan on uşaq, Göytürklərin on boyunu yaradır. Aşına ailəsi bu uşaqlardan birinin nəslindən gəlməkdədir və Göytürk Dövlətini də bu ailə qurmuşdur. Börü sözü uyğur dilində peri şəklində deyilmişdir.

Etrusk mifologiyasında[redaktə | mənbəni redaktə et]

Romus və Romulus (Remus və Remulus)u əmizdirən Qurd Ana olaraq görünür. İtalyan mifologiyasına Etrusklar (Tuskiler) vasitəsilə keçmiş olan bir əfsanədir. Türklərin mağarada qurd tərəfindən bəslənən uşaq motivi ilə birə-bir eynidir. Romus və Romulus iki (və ya əkiz) qardaşdırlar və Roma şəhərini qurmuşlar. Bir çaya buraxılarlar və dişi bir qurd onları sudan çıxararaq bir mağarada əmizdirər. Daha sonra cütçü bir ailə tərəfindən tapılaraq övlad edilərlər. Roma şəhərini qurmaq üçün də qurd tərəfindən bəsləndikləri yeri seçərlər. Bu yerin ətrafını çevirərkən müzakirəyə başlayır və döyüş edərlər bunun üzərinə Romulus qardaşı Romusu öldürər. Beləcə qurduğu şəhər dövlətinin ilk xaqanı özü olur. Qardaşları bəsləyən qurd qara rənglidir.

Etruskler və ya digər adlarıyla Tirhene (Turhene)ler köhnə çağlarda italiyaya şərqdən gəlmiş olan bir xalqdır. Özlərinə Rasna (Rasana) deyərlər. Mənşələri hələ tam olaraq təsbit edilə bilməmişdir lakin türklər ilə bənzər mədəni quruluşa sahib olduqları irəli sürülməkdədir. O zamankı Avropa klanlarına görə irəli bir sivilizasiya səviyyəsindədirlər və bu mənada Roma və Avropa cəmiyyətlərinin sivilizasiyalarının inkişafına böyük fəaliyyətləri olmuşdur.

Etimologiya[redaktə | mənbəni redaktə et]

Qurd sözü (Qur / Gur / Kür) kökündən törəmişdir. Güc, qüvvət, dayanıqlılıq mənalarına gəlir. Qurtarmaq hərəkəti ilə də kök etibarilə əlaqəlidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]