Böyük Çeremşan

Böyük ÇeremşanRusiya Federasiyasının Tatarıstan Respublikasında, SamaraUlyanovsk vilayətlərində çay[1]. Volqanın sol qolu[1].

Böyük Çeremşan
Ölkə
Mənsəbi Kuybışev su anbarı
Uzunluğu
  • 336 km
Su sərfi 36,1 m³/s
Hövzəsinin sahəsi 11.500 km²
DSR[ru] 11010000412112100004728
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzunluğu 336 km, hövzəsinin sahəsi isə 11,5 min km2-dir[1].

Buqulma-Belebey yüksəkliyindən başlanır, Kuybışev su anbarına tökülür[1].

Əsas qolları Böyük Sulça və sağdan Kiçik Çeremşandır[1].

Əsasən, qar suları ilə qidalanır[1].

Mənsəbində ortaillik su sərfi 36,1 m3/san-dir[1].

Noyabrın axırlarından aprelin ortalarınadək donmuş olur[1].

Volqa üzərində SES-in tikilməsi ilə əlaqədar aşağı axını Dimitrovqrad şəhərinədək su altında qalmışdır[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 BÖYÜK ÇEREMŞAN Arxivləşdirilib 2018-07-11 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)