Böyük üçlük (Klivlend Kavalers)

Kayri İrving
Kevin Lav
LeBron Ceyms

Böyük üçlük(Big three) Klivlend Kavalers komandasında 2014-2015 sezonundan 2016-2017 sezonuna qədər çıxış etmiş və dəyişməz qalan triodur. Üçlüyün üzvləri Kayri İrvinq, LeBron CeymsKevin Lavdır. Onlar demək olar ki, hər oyunda əsas heyətdə olurdular və komandanın əsas güc mənbəyi idilər.

Böyük üçlük komandaları ilə 3 dəfə NBA finalına çıxmışdılar ki, buna 2016-cı ildə final oyununda qalibiyyət də daxil idi.

Klivlenddə Böyük üçlük erası 22 avqust 2017-ci ildə, Kayri İrvinqin Boston Seltiksə transferi ilə başa çatdı.