Böyük İpək Yolunda qısametrajlı sənədli filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film YUNESKO xətti ilə keçirilən "İpək Yolunun Kompleks Şəkildə Öyrənilməsi" adlı beynəlxalq proqramla əlaqədar qədim karvan yolları ilə tanış olmaq üçün Azərbaycana gəlmiş xarici qonaqların səfərindən bəhs edir.
Böyük İpək Yolunda | |
---|---|
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Nicat Bəkirzadə |
Ssenari müəllifləri |
Teymur Bəkirzadə Nemət Rzayev |
Operator | Yuri Varnovski |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1986 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
İl | 1986 |
Texniki məlumatlar |
2 hissə 513 metr |
Rəng | rəngli |
Elmi-kütləvi film YUNESKO xətti ilə keçirilən "İpək Yolunun Kompleks Şəkildə Öyrənilməsi" adlı beynəlxalq proqramla əlaqədar qədim karvan yolları ilə tanış olmaq üçün Azərbaycana gəlmiş xarici qonaqların səfərindən bəhs edir.[1]
Filmdə Böyük İpək Yolu ilə bağlı tarixi materillardan, Azərbaycanda qazıntı zamanı aşkara çıxarılmış arxeoloji nümunələrdən, Azərbaycan ipəyinin tarixindən, şərqin və qərbin qədim dövrlərdəki sıx əlaqələrindən, habelə Böyük İpək Yolunun bəşər mədəniyyəti tarixində oynadığı roldan söhbət açılır.[1]
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Azərbaycan filmlərinin siyahısı
1986-cı ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı