Böyük İrmandinya üsyanı (qalis. Gran Guerra Irmandiña) - 1467-1469-cu illərdə[1] İspaniyanın Qalisiya bölgəsində baş vermiş üsyan. XV əsrdə Avropada baş vermiş ən böyük üsyanlardan biridir. Bu və 1431-1435-ci illərdə baş vermiş kiçik üsyanda yerli ziyalıların böyük rolu olmuşdur. Həmin dövrdə Qalisiyanın bağlı olduğu Kastiliya Krallığı tərəfindən hər iki üsyan yatırılmışdır.
Böyük İrmandinya üsyanı | |||
---|---|---|---|
Tarix | 1467-1469 | ||
Yeri | Qalisiya, Kastiliya Krallığı | ||
Səbəbi | ərzaq problemi və vəba epidemiyaları | ||
Nəticəsi | üsyanın məğlubiyyəti | ||
Ərazi dəyişikliyi | olmamışdır | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
İrmandinya sözü bir çox dəfə Qalisiyada istifadə olunmuşdur.[2] "Kiçik qardaş" və ya "dəliqanlı" mənasını daşıyır və orta əsrlərdə İspaniyada istifadə olunan bir söz olmuşdur. Bu dövrdə Qalisiya Kastiliya və Leon Krallıqlarından asılı olsa da, dağların arxasında yerləşdiyindən mərkəzi hakimiyyət burada zəif idi. IV Henri və qardaşı Alfonso arasında baş verən vətəndaş müharibəsi səbəbi ilə də krallıq zəifləmişdi.[3]
Üsyan 1467-ci ildə başlasa da, üsyana hazırlıq bir neçə il başlanmışdı. Xüsusilə ərzaq problemi və vəba epidemiyaları üsyanın əsas səbəbləri olmuşdur. Kəndlilər, şəhərlilər, din adamları, ziyalılar üsyana qoşulanlar arasında idi. Üsyanda ümumilikdə 80.000 nəfər iştirak etmişdir. Üsyançılar iki il ərzində krallığa məxsus 130 qalanı darmadağın etmişdilər.
Üsyanın ilk illərində kral və tərəfdarları Portuqaliyaya qaçmışdılar. Lakin 1469-cu ildə Pedro Madruqanın[4] başçılığı altında krallıq Portuqaliya tərəfdən əks-hücuma başlamışdır. Daha yaxşı silahlanan kral ordusu üsyanı yatırmışdır. Üsyanda iştirak edən bir çox nəfər ya edam edilmiş, ya da həbs edilmişdir.
İspaniya tarixi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |