Böyük şeytan — İranın xarici siyasət bəyanatlarında bəzən Amerika Birləşmiş Ştatları üçün işlətdiyi alçaldıcı ifadədir. Həmçinin bu ifadə Birləşmiş Krallıq üçün də istifadə edilmişdir.
Bu termin ilk dəfə İranın lideri Ruhullah Xomeyni tərəfindən 5 noyabr 1979-cu il tarixindəki çıxışında imperializm və dünya miqyasında korrupsiyaya dəstək verməkdə günahlandırılan Amerika Birləşmiş Ştatlarını xarakterizə etmək üçün istifadə edilmişdir.[1]