Böyük Azau buzlağı

Böyük Azau[1] və ya BaksanElbrus dağının cənub yamacında, eləcə də Xotuitau silsiləsinin şərq yamacında yerləşən buzlaq. Xotuitau silsiləsi Elbrus dağını Böyük Qafqaz silsiləsi ilə birləşdirir. Böyük Azau buzlağından şərqdə Kiçik Azau buzlağı yerləşir. Hər iki buzlaq Baksan və ya Azau dərəsinə aiddir. Ümumən bu bölgədə 23 buzlaq mövcuddur. Bunlardan 17 buzlaq böyük olub birinci kateqoriyaya daxildir.

Böyük Azau
rus. Азау Большой
Yerləşməsi
43°17′ şm. e. 42°25′ ş. u.HGYO
Ölkə  Rusiya
Böyük Azau xəritədə
Böyük Azau
Böyük Azau

Buzlaq əsas 4 qoldan ibarətdir. Bunlardan ikisi öz başlanğıcını Elbrus dağından götürür, digəri Xoti-Tau dağından, sonuncu qol isə öz başlağıcını buzlağı sağdan əhatə edən dağlardan götürür. Bundan əlavə buzlağa müxtəlif tərəflərdən buz axınları birləşir. Bu xüsusiyyətə görə Böyük Azau İsveçrənin Mer-de-Qlas və Aleç buzlaqlarını xatırladır. Böyük Azau buzlaqların birinci kateqoriyasına daxili olub üzərində morenlər aydınca görsənir.[2]

Əvvəllər Azau buzlağını Xoti-Tau dağından enən buzlağın hissəsi hesab edirdilər. Məhs bu dağ geniş buzlaq ərazisinə malikdir. Buzlağın sol tərəfindəki yan morenlər bir neçə yüksək və parelel olan lava parçalarından, eləcə də digər dağ süxurlardan ibarətdir. Buzlağın sağ tərəfinin orta və aşağı hissələri dik qayalara dayanır. O üzdən morenlərin eni bir neçə metrə bərabərdir.

1849-cu ildə Böyük Azau buzlağı 2241 metr hündürlükdə qurtarırdı. Bu ərazi artıq meşə zolağına uyğun gəlir. Bölgədə yüzlərcə şam ağacları buzlağın təsiri nəticəsində məhv olmuş və qalıqları morenlərlə birlikdə səthdə qalmışdır. Digərləri isə buz kütləsinin təsirindən donaraq məhv olmuşdur.[2]

XIX əsrin 70-ci illərində buzlaq artıq 2327 metr yüksəklikdə bitirdi. 1881-ci ildə isə onun bitmə sərhəddi daha da yüksəkdən keçirdi. Məhs bu sərhəd 1849-cu ildə şam ağaclarının məhv edilmə ərazisindən 200-600 metr yüksəkdə idi.[2] Son illərdə Azau buzlağından ölü buz kütləsi ayrılmış və ərimək üzrədir.[3]

  • Динник, «Современные и древние ледники Кавказа» («Зап. Кав. Отд. И. Р. Г. Общ.», XIV, 1890, стр. 387—388);
  • Динник, «Горы и ущелья Терской области» (ibid., XIII, 1884);
  • Салацкий, «Очерк орографии и геологии Кавказа» (ibid., VII, 1866).
  1. Лист карты K-38-25 Сгуриши. Масштаб: 1 : 100 000. Состояние местности на 1985 год. Издание 1989 г.
  2. 1 2 3 "ЭСБЕ/Баксанский ледник". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  3. "Азау". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.