Böyük Britaniyada isə seçki 2000 –ci ildə qəbul edilmiş siyasi partiyalar, seçkilər və referndum haqqında qəbul edilmiş qanunla tənzimlənir. Seçki Komissiyası partiyaların seçki ilə bağlı maliyyə işlərini tənzimləyir. Seçki kampaniyası zamanı hər bir partiya dövlətin hesabına poçt göndərişlərini edə bilər. Bundan başqa partiyalar bələdiyyə mülkiyyətindən (məktəblərdən, kitabxanalardan və s) öz təbliğat tədbirlərinin keçiriliməsi üçün pulsuz istifadə edə bilər. Həmçinin partiyalar BBC-nin efirindən pulsuz efir vaxtı əldə edirlər.
Seçkilər zamanı partiya bir seçki dairsində öz namizədinə 30 min funt-sterlinqdən artıq xərcləyə bilməz. Bununla yanaşı, partiyalar ümümmilli kampaniyalar keçirərkən nə qədər istəslər pul xərcləyə bilərlər. 2005-ci ildə İngiltərədə keçirilən parlament seçkilərində partiyalar 42 milyon funt xərcləyib. Bu seçkilər zamanəı mühafizəkarların 13 milyon funt ianə toplaya bilmişdilər.