Böyük Buxarest yanğını (rum. Focul cel mare) — 23 mart 1847-ci ildə baş verən Buxarest tarixindəki ən böyük yanğın. Yanğın nəticəsində 1850 bina yanır[1] (şəhərin təxminən üçdə biri). Valaxiya hakimi Qeorqe III Dmitri Bibeskunun dediyinə görə, şəhərin ən çox məskunlaşdığı və ən zəngin hissəsi bu yanğından daha çox zərər görür[2]. Burada tacirlər və sənətkarların çoxlu taxta ikimərtəbəli binaları var idi, onların emalatxanaları birinci mərtəbədə, yaşayış yerləri isə ikinci mərtəbədə yerləşirdi[3].
XIX əsrdə Buxarestin böyük bir hissəsi taxta evlərdən qurulmuşdur. Bu dar küçələrlə birlikdə yanğın hadisəsi halında sakinlər üçün böyük təhlükə yaradırdı. Fanariotlar dövründən bəri davamlı yanğın təhlükəsi var idi[4]. Buna görə türk ağasının əmri ilə insanlar onun iqamətgahının ətrafında daim növbə çəkirdilər. Üzvi qaydalar qəbul edildikdən sonra Valaxiyada qərbiavropa su nasosları ilə təchiz olunmuş yanğınsöndürənlər meydana gəlir.
Yanğın günortadan sonra Zoitsa Druqenskinin Müqəddəs Dmitri kilsəsindəki yepiskop Buzeun həyətindəki evində başladı. Güclü cənub küləyi səbəbiylə yanğın üçbucaqlı birformada yayılır. Yanğın şəhərin kənarına qədər yayılır, amma orada o qədər sürətlə yayıla bilir. Çünki həyətlərin ərazisi daha böyük idi . Əsgərlərin kömək etdiyi yanğınsöndürənlərin müdaxiləsi səbəbindən şəhərin qalan hissəsi yanğından qorunur[5].
Ancaq yanğın nəticəsində çox böyük ziyan dəyir. 158 730 kvadrat metr (61.38 ha) sahə yanır. Yanğın zamanı 15 nəfər ölür. 1850 bina məhv olur: 686 yaşayış binası, 1142 mağaza, 10 meyxana və 12 kilsə[6]. Zərərin miqdarı 100 milyon leiy təşkil edir.
Yanğın söndürüldükdən sonra səlahiyyətlilər şəhəri yenidən bərpa etməyə başladılar. Qeorqe III Bibesku şəxsən 6 min ley iyanə vermiş və cəmi 2 milyon 200 min ley toplanmışdır.
Bərpa üçün maliyyə vəsaiti Avstriya, Türkiyə və Rusiya, habelə Leypsiq iş adamları, Rotşild ailəsinin bankirləri və şəxsən Qeorq von Sina ayırmışdı. Şair Vasile Alexandri, bir qrup Moldova sakini ilə birlikdə 50.715 ley yardım etmişdi. Paytaxt xaricində yaşayan və yanğın zamanı xəsarət almayan Valaxiyalılar, Buxarest sakinləri 276,357 ley ayırdılar[7].