Böyük Moraviya — 822–907-ci illərdə Orta Dunayda mövcud olmuş slavyanların erkən feodal dövlət təsisatı.
Tarixi dövlət | |
Böyük Moraviya | |
---|---|
|
|
Rəsmi dilləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Qərb slavyanlarının tarixində mühüm rolu omuş erkən feodal dövlətlərindən biri IX əsrin əvvəllərində meydana gəlmiş Böyük Moraviya dövləti idi. Bu dövlət, Samo tayfa birliyinə nisbətən daha geniş ərazini əhatə edirdi və siyasi cəhətdən daha möhkəm idi.
Böyük Moraviya dövləti indiki Çexiya və Slovakiya ərazisindəki cənubi Moraviya vilayəti ərazisində, Moravo çayı hövzəsində meydana gəlmişdi. Böyük Moraviya dövləti slavyan tarixində mühüm rol oynamışdır. Bu dövlətin tarixinə dair tətqiqatlar, xüsusən Moraviya ərazisində aparılmış arxeoloji qazıntılar aydın sübut edir dövlətin yaradılmasında qərb slavynalarından olan moravlar mühüm rol oynamışlar. Böyük Moraviya dövlətinin paytaxtı Moravo çayı sahilində yerləşdiyi güman edilən Veleqrad şəhəri idi. Böyük Moraviyanın mənbələrində adı çəkilən ilk knyazı I Moymir olmuşdu (830–846).
Böyük Moraviya knyazları slavyan torpaqlarını işğal etməyə çalışan Şərqi Frank krallığına qarşı uzun müddət müvəffəqiyyətlə mübarizə apardılar. Qərb slavyanlarının qüvvətli dövlətinin yaranmasından narahat olan Şərqi Frank kralı almaniyalı Lüdoviq 846-cı ildə Böyük Moraviya knyazı Moymiri hakimiyyətindən sala bildi və onun qardaşı oğlu Roslislavı Böyük Moraviya taxtına əyləşdirdi, lakin Rostislav (846–870) almaniyalı Lüdoviqə tabe olmayıb müstəqil siyasət yeritməyə başladı. Lüdoviq Rostislava qarşı 863-cü ildə Bolqarıstan knyazlığı ilə ittifaq bağladı. Bundan başqa alman ruhaniləri Böyük Moraviya ərazisində xristian dininin katolik məzhəbini yaymağa başlamışdılar. Bu, ölkədə alman təsiri artırır və Böyük Moraviya dövlətinin Şərqi Frank krallığından asılı hala salınmasını asanlaşdırırdı. Belə çətin vəziyyətdə Rostislav Bizans imperiyası ilə əlaqələr yaratdı. Böyük Moraviya knyazının xahişi ilə Bizans imperatoru Mixail 863-cü ildə Kirill və Mefodi qardaşlarının xristianlığı yaymaq məqsədilə Moraviyaya göndərdi. Xristianlıq yayıldı. Müstəqil Böyük Moraviya kilsəsi yaradıldı.
Böyük Moraviya dövlətini aradan qaldırmaq planlarından əl çəkməyən almaniyalı Lüdoviq 869-cu ildə yenidən Moraviyaya qoşun yeritdi, lakin uğur qzana bilməyib geri çıkildi, lakin bu zaman Lüdoviq tərəfindən müdafiə olunan Böyük Moraviya əyanları 870-ci ildə Svyatapolkun başçılığı ilə saray çevriliş etdilər. Rostislav taxtdan salındı. Svyatapolk Böyük Moraviya knyazı oldu. Bu hadisədən çox keçmədən Lüdoviq 871-də Svyatapolku hakimiyyətindən kənarlaşdıraraq Böyük Moraviya dövlətinin ərazisini Şərqi Frank krallığına qatdı. Buna cavab olaraq 871-ci ildə yadelli əsarətinə qarşı qüvvətli üsyan baş verdi. Üsyana Myodimin şagirdi Slavamir başçılıq edirdi. Üsyanlar Moraviya ərazisindəki Frank qarnizonlarını məhv etdilər. Lüdoviq Moraviyaya əlavə qoşun göndərdi və oranı tabe etmək üçün hiylə işlədərək, həmin qanunlara başçı Svyatopolku təyin etdi, lakin Svyatoplk slavyanlara xəyanət etmədi. O, üsyana başçılıq edərək alman qoşunlarını məğlubiyyətə uğratdı və özünü yenidən Böyük Moraviyanın knyazı elan etdi. 874-cü ildə Şərqi Frank krallığı Böyük Moraviyanın müstəqilliyini qəbul etməyə məcbur oldu.
Svayatopolkun hakimiyyəti illərində (870–894) Böyük Moraviya knyazlığı olduqca genişləndi. Bu dövlətin ərazisinə Moraviya və Slovakiyadan başqa Çexiya, Lujitsa, Sileziya, Krakov slavyanalarının torpaqları da daxil edildi. IX əsrin 80-ci illərində Böyük Moraviya dövlətinin beynəlxalq vəziyyəti yenidən ağırlaşdı. Xarici təhlükə əsasən macarlar tərəfindən yarandı. Xarici təhlükə və daxili ziddiyyətlər nəticəsində təqribən 906-cı ildə dağıldı. Macarlar Böyük Moraviya dövlətinin ərazisinin əksəriyyətini ələ keçirərək onun varlığına son qoydular.