Böyük Qara adası (fin Suuri Mustasaari) — Ladoqa gölündə yerləşən kiçik ada. Ladoqa şxerinin qərb qrupuna daxildir. Lexmalaxti körfəzində, Kilpola adasından cənubda yerləşir. İnzibati baxımından Leninqrad vilayəti Priozerski rayonu ərazisinə daxildir.
Böyük Qara adası | |
---|---|
rus. Большой Чёрный | |
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2010-cu il) |
Yerləşməsi | |
61°08′21″ şm. e. 30°02′52″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzunluğu 0,9 km, eni 0,2 km təşkil edir. Ada qayalıdır, sıx meşə ilə örtülmüşdür.
Əvvəllər adada yaşayış olmuşdur. Sonradan isə onlar adanı tərk etmiş və nəticədə buranı cəngəllik basmışdır.
Adaya yan almaq üçün ən əlverişli yer adanın şimal-qərb hissəsində yerləşən burunbdur. Burada həmcinin gilli çimərlikdə vardır. Digər sahilləri nisbətən hündürdür. Adanıın daxilində kiçik qəsəbənin qalıqları vardır.