Böyük Səhnə

“Böyük səhnə”Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq imkanı verməkdir. Şou 2013-cü ildə ATV kanalında yayımlanıb. 2014-cü ildə isə İctimai Televiziyada yayımlanır.

Böyük Səhnə
Böyük Səhnə
Şounun loqosupx
Janr musiqili istedadlar şousu
İstehsalçı Euromedia
Aparıcı Şəxriyar Əbilov və Günay Baxşəliyeva
İstehsalçı ölkə Azərbaycan
Dil Azərbaycan
İlk buraxılış 25 yanvar 2013
Veriliş
Kanal ATV
Premyerası 2013
Xronologiyası
Oxşar verilişlər Azeristar, Sing your song

Layihənin məqsədi – ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir.

Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir.

“Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır - individual tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya.

İştirakçıların seçimi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın ən istedadlı vokalçılarını tapmaq məqsədi ilə dekabrın 24-dən başlayaraq "Böyük səhnə" şousunda iştirak üçün kastinqlərə qeydiyyat başlayıb. Kastinqlər Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, ŞəkiBakıda keçirilib.

Kastinqdə iştirak üçün qeydiyyat boyuksehne.com Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine saytı vasitəsi ilə aparılırdı.

Kastinqdə iştirak qaydaları

[redaktə | mənbəni redaktə et]
  • Kastinqlərin keçirilmə tarixinə qədər 16 yaşına çatmış hər bir vokalçı və ya qrup kastinqdə iştirak edə bilər (qrup 6 nəfərdən çox olmamalıdır).
  • Kastinq zamanı vokalçı/qrup iki mahnı ifa etməyə hazır olmalıdır: biri azərbaycan dilində və biri ingilis dilində.
  • Vokalçı/qrup kastinqdə çıxışı üçün ifa edəcək mahnıların fonoqramlarını təqdim etməlidir, VOKALSIZ və BEK-VOKALSIZ (“minus”, üstündə heç bir növ yazılmış vokal ifası olmayan fonoqram). Həmçinin vokalçının öz istəyi ilə seçilmiş mahnıların akapello (fonoqramsız) ifası mümkündür.

Layihənin ideyası və reallaşdırılması, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Euromedia şirkətinə məxsusdur. Şou isə ATV (Azad Azərbaycan) telekanalında yayımlanacaq.

Euromedia Company televiziya və konsert layihələrinin texniki reallaşdırılması, və həmçinin Avropa və MDB ölkələrində artistlərin menecmentı üzrə 10 ildən artıqdır ki xidmətlər göstərir. Şirkətin portfoliosuna daxil olan layihələr: Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində debutu, iştirakı və qələbəsi (2008-2012), UEFA EURO 2012 ərəfəsində “Вболівай з найкращими” adlı ümumukrayna konsert turu, “EURO 2012 Final Party” gecəsinin texniki təminatı, "Məqsəd Tələbə" verilişinin reallaşdırılması.

Euromedia Company, “Краса по-українськи” (“1+1”), “Королева Балу 2012” (ТЕТ), “Що ти робив минулої п'ятниці?” (“1+1”), “Круг” (ICTV), şouların Final çəkilişlərinin texniki reallaşdırılmasını, və həmçinin “Qazaxıstan” telekanalında “100 ən yaxşı mahnı” adlı layihənin işləyib hazırlanması və müvəffəqiyətlə həyata keçirilməsini təmin edib.

Euromedia şirkətinin rəsmi saytı - euromediacompany.com Arxivləşdirilib 2013-07-24 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]