Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş monument (şəhər sakinləri arasında: "41-45-in abidəsi") — Sumqayıt şəhərində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə qoyulmuş monumental abidə.
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidə | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Sumqayıt şəhəri, Heydər Əliyev prospekti |
Heykəltaraş | V. Nəzirov |
1985-ci ildə V. Nəzirov tərəfindən hazırlanmışdır.[1] Yerli əhəmiyyətli abidədir. Abidə Sumqayıt şəhəri 45-ci məhəllə ilə 4-cü mikrorayonları arasında, Heydər Əliyev prospektində yerləşən parkda qoyulmuşdur. Abidənin ətrafında abadlaşdırılmış kiçik xiyaban mövcuddur.