Böyük aclıq və ya "İrland kartof qıtlığı" (irl. an Gorta Mór) — 1845-1849-cu illərdə İrlandiyada davam kütləvi aclıq və xəstəlik dövrü.[1] İrland dilinin dominant olduğu qərb və cənub ərazilərinə güclü təsir göstərən bu dövr An Drochshaol[2] olaraq tanınır (hərfi mənada "Pis həyat", ümumi olaraq isə "çətin vaxtlar" kimi tərcümə olunur). Bu dövrün ən pis ili "Qara 47" adlandırılan 1847-ci il idi.[3][4] Aclıq dövründə bir milyona yaxın insanın ölməsi və daha bir milyon insanın İrlandiyadan köçməsi[5] adanın əhalisinin 20-25%-ə qədər azalmasına səbəb oldu.[6]
Böyük aclıq | |
---|---|
Başlama tarixi | 1845 |
Bitmə tarixi | 1852 |
Yeri | İrlandiya |
Vikianbarda əlaqəli mediafayllar |
İrlandiyadan kənar ərazilərdə bu hadisə bəzən İrland kartof aclığı adlanır.[7][8] Aclığa "kartof küfü"[9] adlı bitki xəstəliyinin səbəb olduğu güman olunur. 1840-cı illərdə bütün Avropadakı kartof məhsulunda özünü büruzə verən bu xəstəlik İrlandiyadan kənarda 100,000 insanın ölümünə səbəb oldu və 1848-ci ildə geniş yayılmış Avropa inqilablarına öz təsirini göstərdi.[10] Xəstəliyin təsir gücü Viq hökumətinin 1846-cı ildən laissez-faire adlı iqtisadi siyasəti tətbiq etməsi ilə daha da kəskinləşdi.[11][12][13] Aclığın uzunmüddətli olmasının digər səbəblərinə torpaq sahibinin mülkiyyətində yaşamaması[14][15] və tək məhsuldan asılılıq daxil idi.[16][17]
Bu aclıq 1801-cı ildən 1922-ci ildə Böyük Britaniya Krallığının bir hissəsi kimi birbaşa Vestminster tərəfindən idarə olunan İrlandiyanın tarixində dönüş nöqtəsi idi.[1] Aclıq və onun təsirləri adanın demoqrafik, siyasi və mədəni mənzərəsini birdəfəlik dəyişdi, təxminən iki milyon insanın qaçqın düşməsinə və bir əsr boyu əhalinin azalmasına səbəb oldu.[18][19][20][21] Aclıq həm yerli irlandların, həm də İrlandiyadan kənarda yaşayan irland əhalinin yaddaşında iz qoydu,[22] irlandlar və hökumət arasındakı münasibətləri daha da kəskinləşdirdi, İrlandiyadakı yerli əhali və digər ərazilərdə olan irland mühacirlər arasında millətçilik və respublikaçılıq ruhunun artmasına gətirib çıxardı.
Eyni bitki xəstəliyi 1879-cu ildə yenidən Avropaya qayıtdı, lakin artıq İrlandiyada 19-cu əsr Avropasında baş verən ən böyük aqrar hərəkat kimi tanınan Torpaq Müharibəsi başlamışdı.[23] "Torpaq Liqası" tərəfindən təşkil edilən bu hərəkat Böyük aclıq dövründə "Lenant Hüquq Liqası" tərəfindən 1850-ci ildə irəli sürülən Üç F adlı tələblər sistemini davam etdirdi. Xəstəlik 1879-cu ildə yenidən peydə olanda "Torpaq Liqası" "adı pisə çıxmış torpaq sahiblərini" boykot etdi və liqanın üzvləri fiziki blokada quraraq fermerlərin torpaqdan çıxarılmasının qarşısını aldı. Evsizliyin azalması ölüm sayının da kəskin azalmasına səbəb oldu.[24][25][26]
..population declining dramatically from 8.2 million to 6.5 million between 1841 and 1851 and then declining gradually and almost continuously to 4.5 million in 1961