Böyük dairəvi xətt

Böyük dairəvi xətt (rus. Большая кольцевая линия) Moskva Metropoliteninin 11-ci (xronoloji ardıcıllıqla onuncu) və dünyanın ən uzun metro xəttidir. Xəttin birinci hissəsi 26 fevral 2018-ci ildə açılıb. Son 9 stansiya isə 1 mart 2023-cü ildə sərnişinlərin istifadəsinə verildi. Xəttin ümumi uzunluğu 57.5 kilometrdir və 31 stansiyadan ibarətdir.[2] Xəttin beş stansiyasında 5G texnologiyası sınaqdan keçirilir.[3]Xətt sxemdə firuzəyi(ru)(bəzən qara[4]) rəng ilə işarə olunur.

Böyük dairəvi xətt
Uzunluğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xəttin uzunluğu 58,5 kilometrdir[5], lakin bəzi mənbələrdə 70 kilomterdən artıq olduğu qeyd olunur.[6] Xəttdə 252 eskalator fəaliyyət göstərir. Sayca ən çox (17) eskalator Peçatniki (rus. Печатники) stansiyasında yerləşir. Ən bpyük eskalator Marina Roşa (rus. Марьина Роща) stansiyasındadır və uzunluğu 130 metrdir.[7]

Hələ 1947-ci ildə şəhərin cənubunu və şərqini bir halqaya bağlanmaq perspektivi ilə yarımhalqalı metro xəttinin tikintisi planlaşdırılırdı[8]. Buna görə ilkin qazıntı işləri aparılırdı, lakin layihə dayandırlımalı oldu. 2000-ci illərin ikinci yarısında mövcud olan dairəvi xəttdən 2–3 stansiya aralıda olan böyük dairəvi xəttin yaradılması təklif olundu. 2011-ci ilin yayında birinci mərhələnin stansiyaları üçün layihələr hazırlandı.

  1. OpenStreetMap (çd.). 2004.
  2. "БКЛ метро Москвы: открытие 1 марта, схема, пересадки, стоимость проезда". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
  3. "Большую кольцевую линию метро (самую длинную в мире) открыли в Москве. Запущено тестирование 5G". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
  4. "Появилась новая карта столичного метро". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
  5. "Метрофест. Второе кольцо Московского метрополитена". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
  6. "ИСТОРИК МЕТРО, БЛОГЕР, ФОТОГРАФ АЛЕКСАНДР ПОПОВ В ПРОГРАММЕ "ВЫХОД В ГОРОД" НА РАДИОСТАНЦИИ "ГОВОРИТ МОСКВА". ВЫПУСК ОТ 20 ЯНВАРЯ 2023 ГОДА". 2023-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
  7. "Собянин: На станциях БКЛ установлено 252 современных эскалатора". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
  8. "Хордовые линии Московского метрополитена". 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.