Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İrqi bölgülərin çoxunda dünya xalqları üç yerə bölünür:
1-qara dərililər (neqroidlər)
2 - qırmızı dərililər (monqoloidlər)
3-ağ dərililər (avropoidlər)
Böyük Coğrafi kəşflərə və müstəmləkə işğallarına qədər ağ irqdə olanlar Avropada, Şimali Afrikada, Ön Asiyada və Hindistanın şimalında yerləşmişdi. Şimali və Cənubi qollara ayrılan ağ irqdən olan əhalinin quruluşu (morfologiyası) aşağıdakı kimidir:
- dəriləri ağdır. Şimal-Qərb bölgəsi üçün sarışınsaçlılıq və göygözlük xaraterikdir.
-saçları yumşaq, dalğavari, qismən düzdür
- bığ və saqqal gur inkişaf edib
- dodaqlar nazik və kiçikdir
- burunları nazik, qismən ortadır
- sifət quruluşu ortoqnatdır
Asiya və Amerika qollarına ayrılan sarı irqin başlıca quruluş özəllikləri:
- dəriləri sarı-ağ, qismən qaraşındır
saç düz və coddur. Bığ və saqqal zəif inkişaf etmişdir
- burun orta enlikli, burun çıxıntıları zəifdir. Asiya sarıdərililərindən fərqli olaraq, Amerika hindularının burun çıxıntıları böyük dəriləri qırmızıdır.
- dodaqları orta qalınlıqdadır. Proxeliya müşahidə olunur
- sifətləri yastı və almacıq sümüklərinin böyüklüyünə görə enlidir
- gözlərində epikantus müşahidə olunur
Yayılma arealına görə qara irq də iki böyük qola ayrılır:
Bu irqdən olanların quruluşu:
- dəri, saç və gözlər qaradır
- saçlar əsasən qıvrım, qismən dalğavaridir
-burunları zəif çıxıntılıdır. Burun göstərciləri böyükdür
- dodaqları qalın və böyükdür
- sifətləri proqnatdır
Qara irqdən ağ irqə keçid aynu və polineziya, qara irqdən sarı irqə keçid dravid və həbəş, ağ irqdən sarı irqə keçid formaları isə turan və ural tipləri sayılır.
Məmmədov Kərəm. Antropologiyanın əsasları,Qanun 2009