Böyük loğman. İbn Sina (rus. Великий врачеватель : Авиценна. Жизнеописание) — Valeri Voskoboynikovun İbn Sinadan bəhs edən və ilk dəfə 1972-ci ildə nəşr edilmiş tarixi povesti.
Böyük loğman. İbn Sina | |
---|---|
Великий врачеватель : Авиценна. Жизнеописание | |
| |
Müəllif | Valeri Voskoboynikov |
Janr | Povest |
Orijinalın dili | Rusca |
Ölkə | Rusiya SFSR |
Orijinalın nəşr ili | 1972 |
Tərcüməçi | Zeynal Babayev |
Nəşriyyat |
Молодая гвардия (1972) Gənclik (1984) Araz (2012–15) Bakı Kitab Klubu (2014–17) |
Səhifə |
164 (1984) 216 (2012–15) 224 (2014-17) |
Tiraj |
500 (2012–15) 150 (2014) 50 (2017) |
ISBN | ISBN 978-9952-8252-8-2 (2014-17) |
Məşhur rus uşaq yazıçı-publisisti Valeri Mixayloviç Voskoboynikovun tarixi povesti. Əsər 1972-ci ildə yazılmış və bestsellərə çevrilmişdir. Kitab UNESCO-nun qərarı ilə İbn Sinanın 1000 illiyi ərəfəsində bir çox dünya dillərinə tərcümə edilmişdir.[1] Kitab yaşından asılı olmayaraq tarix, islam dini və tibb elminin yaranışı ilə maraqlanan və ya sadəcə məqsədinə qətiyyətlə çatmaq istəyən bütün oxucular üçündür.
Müəllif Böyük Loğmanın həyatı yolu ilə birgə onun yaşadığı zəmanənin də – Orta Asiyada İslamın ən təzadlı tarixi inkişaf mərhələsində (950–1050-ci illər) saray əhli və adi insanların həyat şəraitini də işıqlandırıb.
Əsər ilk dəfə 1972-ci ildə Молодая гвардия nəşriyyatında rusca nəşr edilmişdir.
Daha sonra Zeynal Babayev tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və Bakıda 1984-cü ildə Gənclik nəşriyyatında 164 səhifədə[2], 2012[3]–15-ci illərdə Araz nəşriyyatında 216 səhifədə, 500 tirajla[4], 2014[5][6]–17-ci illərdə Bakı Kitab Klubunda 224 səhifədə, 150 və 50 tirajla nəşr edilmişdir.[7]