Böyük sözləşmə

Böyük sözləşmə — İngiltərə baş naziri Robert Cecilin 1610-cu ildə Kral I CeymsParlamentə təqdim etdiyi maliyyə planı idi.

Böyük sözləşmə adlanan bu plana əsasən, parlament yenidən fəaliyyətə başlamalı və krala aid 10 rəsmi imtiyaz parlamentə verilməli idi. Bunun qarşılığında isə parlament 600.000 £ həcmindəki dövlət borcunu ödəməli və əlavə olaraq dövlət xəzinəsinə illik 200.000 £ həcmində yardım göstərməli idi. Davam edən gərgin vəziyyət o qədər qarışıqlığa səbəb oldu ki, sonda I Ceyms dövlətin süqutunu gözə alaraq bu razılığı pozdu və 31 dekabr 1610 tarixində parlamentin fəaliyyətini yenidən dayandırdı. Bu tipdə olan digər bir plan isə 1614-cü ildə "Qarışıq Parlament" adıyla irəli sürülsə də, 9 həftəlik danışıqdan sonra pul ödənişlərindəki gecikmə səbəbilə qəbul edilmədi.[1]

  1. Kenyon, J. P. The Stuarts Fontana edition 1966