Böyük saat

Böyük saatTürkiyədəki ən uzun saat qülləsidir və uzunluğu 32 metrdir. Adana şəhərində yerləşir.

Böyük saat
Xəritə
36°59′02″ şm. e. 35°19′49″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər Adana
Yerləşir Adana
Aidiyyatı Osmanlı imperiyası
Tikilmə tarixi 1881-1882
Üslubu Osmanlı memarlığı
Vəziyyəti fəaliyyət göstərir
Böyük saat (Türkiyə)
Böyük saat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1879-cu ildə dövrün Adana valisi Ziya Paşa tərəfindən bugünkü adıyla Ali Ulu prospektində tikintisinə başlanıb[1]. Ziya Paşa 1880-ci ildə vəfat etdiyinə görə bu mühüm əsəri tamamlamaq bu şəhərin ən çalışqan və xeyriyyəçi şəxsi olan Vali Abidin Paşaya nəsib oldu. Adana Böyük saat qülləsi 1882-ci ildə tamamlanıb istifadəyə açıldı. Və o gündən bu yana şəhərin ən mühüm strukturlarından biri hesab edilir.

Mənbələr saat qülləsinin inşasına dövrün Adana bələdiyyə rəisi Hacı Yunis Ağanın da çox ciddi töhfələri olduğunu yazır[2]. Ətraf divarları kərpicdən hörülən, kvadrat prizma kimi inşa edilən və hündürlüyü 32 metr olan Adana Böyük saat qülləsinin əsas dərinliyinin də bir o qədər olduğu deyilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Büyüksaat". 2015-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.
  2. "Büyük Saat Kulesi". 2015-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.