Böyük toqquşma fərziyyəsi

YerTeyanın toqquşması rəssamın təsvirində.

Böyük toqquşma fərziyyəsi və ya Teyanın toqquşmasıGünəş sisteminin formalaşmasından 20–100 milyon il sonra, təqribən bundan 4,5 milyard il əvvəl baş verdiyi ehtimal olunan Teya planetinin Yerlə toqquşması hadisəsi. Təqribən Mars böyüklüyündə olduğu düşünülən Teyanın Yerlə toqquşması nəticəsində, Yer ətrafı boşluğa yayılan qalıqların orbitdə toplanması nəticəsində Ayın formalaşdığı ehtimal olunur.[1]

Alternativ fərziyyələr

[redaktə | mənbəni redaktə et]

Ayın formalaşması ilə bağlı bir sıra alternativ fərziyyələr də vardır. Bölünmə fərziyyəsinə görə Ay mərkəzəqaçma təcili nəticəsində Yer qabığından qoparaq ayrılmışdır.[2] Belə olduğu halda Yerin başlanğıc sürətinin çox böyük göstəriciyə sahib olması lazımdır. Əgər bölünmə fərziyyəsi düzgün olarsa, Yerin ekvator müstəvisi ekliptikin müstəvisinə uyğun olmalı idi, ancaq bu belə deyil.[3] Ayın Yerin cazibə qüvvəsi tərəfindən sonradan tutulması fərziyyəsinə görə Ay fərqli yerdə meydana gəlmişdir və Yerin yaxınlığından keçərkən onun cazibə qüvvəsi tərəfindən tutulmuşdur.[4] Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində bu fərziyyənin doğru olması üçün tələb olunan şərtlərin ödənmədiyi məlum olmuşdur.[3] Birlikdə formalaşma fərziyyəsinə görə isə Yer və Ay Günəş sistemi formalaşarkən molekulyar buluddan eyni vaxtda və yerdə formalaşmışdır. Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində Ayda metal maddələrinin həddən artıq az olması səbəbindən Yer və Ayın birlikdə formalaşması fərziyyəsinin doğru olması ehtimalı azdır.[3] Bu fərziyyələrin əsas çatışmazlığı Yer və Aydakı çox yüksək impuls momentini asanlıqla izah edə bilməmələridir.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Revisiting the Moon" The New York Times.
  2. Binder, A. B. (1974). "On the origin of the Moon by rotational fission". The Moon. 11 (2): 53–76. Bibcode:1974Moon…11…53B. doi:10.1007/BF01877794.
  3. 1 2 3 Stroud, Rick (2009). The Book of the Moon. Walken and Company. pp. 24–27. ISBN 978-0-8027-1734-4.
  4. Mitler, H. E. (1975). "Formation of an iron-poor moon by partial capture, or: Yet another exotic theory of lunar origin". Icarus. 24 (2): 256–268. Bibcode:1975Icar…24..256M. doi:10.1016/0019–1035(75)90102–5.
  5. Stevenson, D. J. (1987). "Origin of the moon–The collision hypothesis". Annual Review of Earth and Planetary Sciences. 15 (1): 271–315. Bibcode:1987AREPS..15..271S. doi:10.1146/annurev.ea.15.050187.001415.