Böyrək sisti

Böyrək sistlərinə tez-tez rast gəlinir. Morfoloji cəhətdən onlar müxtəlif olur. Böyrək sistlərinin əksəriyyəti anadangəlmə xarakter daşıyır. Bunlara misal olaraq seroz solitar sistlər, böyrək polisistozları, böy- rək exinokokku və s. göstərmək olar.Böyrəklərin sistoz xəstəlikləri zamanı USM-də böyrəklərin ölçüsünün böyüməsi və konturlarının nahamar olması aşkar olunur. Sist dəqiq və aydın kontura malik dairəvi və oval formada, homogen daxili struktura malik törəmə kimi görünür. Bəzən paraservikal sistlərə rast gəlinır. Sistin arxa divarı ön divara nisbətən daha aydın görünür ki, bu da onu sərt toxumadan fərqləndirən vacib əlamətdir. Böyrək sistlərini KT-nın köməkliyi ilə də aşkara çıxarmaq olar (0,3 sm və daha böyük ölçüdə). Sistin əsas xarakter əlaməti onun aşağı sıxlığa malik olması (9,2 vahid), kontrast maddələrə qarşı reaksiyanm baş verməməsi, dəqiq və hamar konturlara malik olmasıdır.

Seroz solitar sistlər

[redaktə | mənbəni redaktə et]

Bu sistlər içərisində praktiki əhəmiyyətə malik olanı aşağıdakılardır:

  • sadə seroz sistlər;
  • limfatik sistlər;
  • multisistoz böyrək.

Sadə seroz sistlər

[redaktə | mənbəni redaktə et]

Sadə seroz sist əksər hallarda bir böyrəkdə tək-tək, bəzi hallarda isə çoxlu miqdarda aşkar edilir. Solitar seroz sistlər bir çox hallarda təsadüfən qarın boşluğunu və ya sidik yollarını yoxlayan zaman aşkar edilir. Bəzi hallarda sist böyrəyin səthində fibroz kapsul içərisində yerləşir. Bəzi hallarda isə böyrək parenximasından inkişaf edərək kasacıqlara təzyiq edir və onda müxtəlif deformasiyalar törədir. Solitar sistlərin diaqnozunun qoyulmasmda rentgenoloji müayinə üsullarının böyük əhəmiyyəti vardır. Rentgenoloji müayinədə böyrək səthində yerləşən, böyrəyin siluetindən kənara çıxan oval və ya girdə şəkildə, kənarları hamar olan kölgəlik törədir. Böyrək parenximasmda yerləşon sistlər isə böyrək ləyənində. girdə çıxıntılar şəklində defektlər əmələ gətirir. Bu zaman böyrək kölgəliyinin ölçüsü böyümüş olur. Solitar sistlər böyrək ətrafına və ya böyrək ləyəninə partlaya bilər. Bəzi hallarda isə onun divarı kirəcləşir. Bu zaman rentgenoqramda divarları tünd kölgəlikli, girdə formalı kölgəlik aşkar edilir. Dermoid sistlərdə əgər sümük və ya diş olarsa adi rentgenoloji müayinədə kölgəlik daxilində əlavə kölgəliklər də görünür. Böyrək sistlərinin aşkar edilməsində obzor müayinə ilə yanaşı ekskretor uroqrafiya, pieloqrafiya, angioqrafiya və pnevmoretroperitoneumun da böyük əhəmiyyəti vardır.

Limfatik sistlər

[redaktə | mənbəni redaktə et]

Limfatik sistlər böyrək qapılarmda yerləşir. Kiçik ölçüdən toyuq yumurtası böyüklüyünə qədər olur. Pelvinal limfatik sistlər bəzən cəm halda müşahidə edilir. Bunlar biri digəri ilə limfa yolları vasitəsilə əlaqələnirlər. Bu növ sistlər böyrək kənarlarında yerləşdiyi üçün ekstrarenal sistlər adlanır və böyrəkdə mühüm dəyişiklik törətmir.

Multisistoz börək

[redaktə | mənbəni redaktə et]

Multisistoz böyrək zamanı müxtəlif ölçülü sist konqlomeratları böyrəyi tutur, sidik axarları olmur, bəzən isə qismən və ya tam atrofiyaya uğrayır. Multisistozlar böyrək polisistozlarına çox oxşayır. Bunları diferensiasiya etmək üçün aşağıdakı əlamətlərdən istifadə edilir. Multisistozlar ən çox uşaqlarda rast gəlinir və birtərəfli olur. Ekskretor uroqrafıyada böyrək funksiyasınm tam pozulması və kontrast maddənin xəstə böyrəkdə görünməməsi müşahidə edilir.

Polisistozlu böyrək

[redaktə | mənbəni redaktə et]

Böyrək parenximasından inkişaf edən sistlər tədricən böyüyərək böyrəklərin normal şəklini dəyişdirir. Böyrəklərin konturu öz hamarlığını itirir və düyünvarı olur. Böyrək həm uzununa və həm də köndələn istiqamətdə böyüyür. Qeyd edilən əlamətlərlə yanaşı böyrək kasacıqları və ləyəni deformasiyaya uğrayır. Bu xəstəlik za- manı böyrək parenximası kiçik ölçülü boşluqlarla əvəz olunur. Boşluqlar müxtəlif rəngli maye ilə dolu olur. Çox vaxt böyrək polisistozu üzüm salxımmı xatırladır.

Müayinə üsulu

[redaktə | mənbəni redaktə et]

Polisistozlu böyrək xəstəliyinin aşkar edilməsində adi rentgenoloji müayinə üsulu ilə yanaşı pnevmoretroperitoneum, retroqrad pieloqrafiya angioqrafiya USM-nin böyük əhəmiyyəti vardır.

Böyrək exinokokkozu

[redaktə | mənbəni redaktə et]

Başqa üzvlərə nisbətən exinokokk böyrəklərdə az təsadüf olunur- qaraciyər, ağciyər, piylik qişası, əzələ və dalaqdan sonra böyrək exinokokkozu VI yeri tutur. İkitərəfli böyrək exinokokkozuna çox az rast gəlinir. M.D.Cavadzadənin qeyd etdiyinə görə anadangəlmə birtərəfli böyrək exinokokkozuna nadir hallarda təsadüf edilir. Exinokokk sistləri bir və çoxkameralı ola bilər. Uzun müddət davam edən exinokokk sistlərinin xitin və fibroz kapsulları kirəcləşə bilər. Parazit məhv olduqda isə möhtəviyyat da kirəcləşir və bu zaman böyük bir sahədə tünd kölgəlik görünür.

http://fhn.gov.az/newspaper/?type=view_news&news_id=2422

http://pozitiv.az/See/?121[ölü keçid]