Bünyadlılar məscidi

Bünyadlılar məscidiAzərbaycanda Əmircan qəsəbəsində yerləşən və 1904-cü ildə tikilmiş memarlıq abidəsi, məscid.

Bünyadlılar məscidi
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Suraxanı rayonu, Əmircan qəsəbəsi
Tikilmə tarixi 1904
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bünyadlılar məscidi Bakının Əmircan qəsəbəsində yerləşir.[1] 1904-cü ildə Əmircanın Bünyadlılar məhəlləsində tikilib.[2] Məsciddə onun inşa tarixini göstərən daş kitabə də həkk olunub.[2] Kitabədə yazılıb:

" Hacı Tağının atası Ağa Yusif. 1323-cü il. "

Məscidin əsas qapısının üzərindəki daş kitabədə isə məscidin memarı haqda məlumat verilir. Məscidin memarı Mirzə Məlik Abbasqulu olub. Kitabədə yazılıb:[2]

" İlk gündən təqva üzərində qurulmuş məscid (Tövbə surəsi, ayə 108) Ya Allah. 1322 hicri ilində Usta Mirzə Məlik Abbasquluzadə (tərəfindən) düzəldilib. "

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[3] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[4] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[4][5] Bünyadlılar məscidi də bu dövrdə ibadətə bağlanıb. Məscidin binasında toxuculuq fabriki fəaliyyət göstərib.[2]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1994-cü ildən etibarən məscid dindarların istifadəsinə verilib.[6]

Məscidin iç sahəsi 10x12 metrdir. Yonulmuş sal daşlardan inşa olunub və səkkiz tağı var.[1] Məscidin günbəzi bu tağlar üzərində dayanıb. Günbəzdə 16 pəncərə qoyulub.[1] Yerdən tavanadək hündürlüyü 5 metr, günbəzədək hündürlüyü 13 metrdir.[7] Mehrabın hündürlüyü 3,5 metrdir. Məscidin iki hücrəsi də var. Onların hər birinin sahəsi 5x3 metrdir.

  1. 1 2 3 Türkmən, Məhəmməd. "Torpaq altında qalan tarix – Əmircan və əmircanlılar – FOTOLAR". musavat.com. 2015-03-23. İstifadə tarixi: 2024-09-03.
  2. 1 2 3 4 Məmmədov, Teymur. "118 illik Bünyadlılar məscidi – FOTOLAR". NEWS24.AZ (az.). 2022-10-24. İstifadə tarixi: 2024-09-03.
  3. Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  4. 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  5. Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi – South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
  6. Salimov, Firudin. "Bakının Əmircan kəndində yerləşən Bünyadlılar məscidi". photostock.az (az.). 2022-07-17. İstifadə tarixi: 2024-09-03.
  7. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 73. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).