Bürcələr — XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş kənd.[1]
1904-cü ildə Qarabulaq adlı xəzinə kəndinin 20 ailəsi yerli hökumət idarələrinin özbaşınalığına dözməyərək, öz yurdlarını tərk etmiş və Bürcələr dərəsi adlı əlçatmaz yerə köçmüşdü. Onlar burada, meşədə, Bürcələr kəndinin əsasını qoymuş, qonşu kəndlilərin sakinləri də bu kəndə köçüb gəlmişdilər.[1]
Bürcələr camaatı yerli hakimiyyət orqanlarını tanımayaraq, vergiləri ödəməkdən imtina edir və tez-tez malikanələrinə, varlı kəndlilərin evlərinə hücum edirdilər. Onlara Dəli Aslan Həsən oğlu başçılıq edirdi. Çoxsaylı cəza ekspedisiyalarına baxmayaraq, bürcələrlilər təslim olmamış və silahlı mübarizəni bir neçə il davam etdirmişdilər.[1]