Bıçaq Qiymə

Bıçaq Qiymə

Bıçaq QiyməƏrdəbil bölgəsinə aid ənənəvi yemək.

Lazım olan ərzaqlar[redaktə | mənbəni redaktə et]

  • 400 qram qıyılmış qoyun əti
  • 4 baş soğan
  • 4 ədəd yumurta
  • Yarım stəkan badam dilimləri
  • Yarım çay qaşığı zəfəran tozu
  • 2 ədəd dəfnə yarpağı
  • 1 litr su
  • 100 qram kərə yağı
  • 1 yemək qaşığı limon suyu və ya abqora
  • Lazım olan miqdarda ədviyyələr (İstiot, sarıkök, darçın, hil, duz və ...)

Hazırlanma qaydası[redaktə | mənbəni redaktə et]

Dilimlənmiş badamları təxminən 2 ilə 3 saat suda isladıb, süzməkdən sonra biraz kərə yağına qovurun.

Dilimlənmiş soğanları kərə yağı ilə qızılı rəngə çevirikənə kimi qovurun. Sonra ət suyu şirəsi çəkilənə kimi soğan içərisində dəfnə yarpağı ilə əti qovurun, qovurarkən ətə ədviyyat əlavə edin və bir az qızardın.

Əti qovurduqdan sonra ətini bişirmək üçün üstünə bir az su tökün. Ət bişdikdən sonra qızardılmış dilimləri zəfəranla əlavə edin.

Pörtləmə suyu az və lazımlı miqdarda olduqda, yumurtaları bir-bir yeməyin üstünə verib və sarısının üzərinə bir az zəfəran səpin.

Sonda yumurtalar bağlamaq üçün qabın qapağını bağlayın. Yumurta bişdikdən sonra qaranı istədiyiniz plov ilə süfrəyə verib və zəfəranlı düyünün yanında isti soğanla süfrəyə verin.

Bu yemək zəfəran plovu ilə süfrəyə verilə bilər. Habelə yumurtaları ayrıca qızardıb süfrəyə verərkən yeyə bilərsiniz.

Görüntülər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]