Bıstraya çayı

BıstrayaRostov vilayətinin ərazisindən axan çay olaraq Şimali Dones çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 218 km təşkil edir. Hövzəsinin sahəsi isə 4460 km² metrdir. Əsasən düzən ərazilərdən axır. Qidalanmasında qar suları üstünlük təşkil edir. Yaxınlığında kömür yatağı vardır. Yuxarı axarları yayda quruyur.

Bıstraya çayı
rus. Быстрая
Ölkə  Rusiya
Mənsəbi Şimali Dones çayı
Uzunluğu 218 km
Hövzəsinin sahəsi 4180 km²
DSR[rus.] 05010400712107000014605
Şimal Dones çayı

Bıstraya Morozovsk şəhəri yaxınlığında bir necə axarın birləşməsindən sonra meydana gəlir. Çay artıq yuxarı axarlardan geniş yatağa sahib olur. Yaverkiev xutorundan yuxarı suyu axarı daimi deyildir. Ətrafında qrunt suları yuxarə axarlarda dərin, aşağı axarlarda isə üzə yaxındır. Bıstraya çayı ilk əvvəllər şimal-qərbə isriqamətlənir. Ancaq Qniloy çayı ilə birləşdikdən sonra cənub-qərbə istiqamətlənir. V. V. Boqaçevin fikirinə görə Qniloy çayı əsas çay hesab edilməlidir. Bıstraya çayının orta və aşağı axarları Qniloy çayına mənsubdur. Birləşmədən sonra yataq genişlənir.

Karpovo-Obrıvski yaxlnlığında yatağı ensizdir. Hər iki sahili olduqca hündür və qayalıdır. Çay yatağının eni az sululuq dövründə 30–40 mm, gursululuq dövründə 120 metrdir. Az sululuq dövründə dərinliyi 75 sm-i keçmir.

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Bıstraya çayı boyunca yerləşən yaşayış məntəqələri: Moroxovsk şəhəri, Maslov xutoru, Mixaylov xutoru, Bıstrıqorski və Jırnov şəhər tipli qəsəbələri, Nijneserebyakovski xutoru, Ust-Bıstrı xutoru.

Gursululuq dövrü 10-15 gün davam edir. Suyunun səviyyədi qalxır.

Qolları (mənsəbə olan məsafə)

[redaktə | mənbəni redaktə et]
  • 136 km: Qnilaya çayı.
  • 150 km: adsız çay.
  • 175 km: Suxaya axarı
  • 185 km: Naqornaya çayı
  • 195 km: Talovaya çayı.