İraq—BƏƏ münasibətləri — İraq və BƏƏ arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə bir çox beynəlxalq təşkilatların üzvüdür.
İraq—BƏƏ münasibətləri | |||||
---|---|---|---|---|---|
|
1960-cı illərdə BƏƏ-də böyük neft yataqlarının aşkarlanması İraqı 1971-ci ildə müstəqillik qazandıqdan sonra bu dövlətin hökmdarlarının qanuniliyinə meydan oxumağa sövq edir. 1980-ci illərdə BƏƏ İran-İraq müharibəsində bitərəfliyini qorumaq üçün mübarizə aparır. Bu qarşıdurma BƏƏ-də daxili bir gərginlik mənbəyi olur. Çünki Əbu-Dabi İraqa dəstək verməyə meylli olduğu halda, Dubay isə İrana daha çox rəğbət bəsləyirdi. 1990-cı ildə Küveytin İraq işğalı baş verir[1]. 1990-cı ildə BƏƏ beynəlxalq koalisiyanın İraq qoşunlarını Küveytdən sıxışdırmaq üçün apardığı hərbi əməliyyata qatılır. 2003-cü ildə İraq Prezidenti Səddam Hüseyn xarici müdaxilə ilə devrilir və BƏƏ İraq iqtisadiyyatını bərpa etmək, maliyyə yardımı və əhaliyə pulsuz tibbi yardım göstərmək üçün beynəlxalq proqramlarda iştirak etməyə başlayır[2]. 31 iyul 2007-ci ildə Asiya Futbol Kubokundakı iraqlıların qələbəsindən sonra BƏƏ Baş naziri Məhəmməd bin Rəşid Əl Məktum, ölkənin ilk kubok zəfəri üçün İraq milli futbol komandasına 20 milyon BƏƏ dirhəmi (5.2 milyon ABŞ dolları) mükafat verir. 2008-ci ildə İraq hökuməti Birləşmiş Ərəb Əmirliklərinin bir neçə gün ərzində Bağdada bir səfir göndərəcəyini bildirdi. Misir səfiri İhab əl-Şərifin 2005-ci ilin iyul ayında oğurlanaraq öldürülməsindən sonra o, İraqdakı ilk ərəb səfiri olur. 5 iyun 2008-ci ildə BƏƏ Xarici İşlər naziri Abdullah bin Zayid ən-Nahyan İraqa rəsmi səfər edir. 2003-cü ilin martından bu yana Bağdada səfər edən bu dövlətin ilk rəsmisi oldu [4] [5] [6].
2014-cü ildə BƏƏ İraq və Suriyada "İslam Dövləti" nə qarşı aparılan hərbi əməliyyatlara qatılır. 2017-ci ilin avqust ayında İraq şiələrinin lideri Müqtəda əs-Sədr rəsmi səfərlə BƏƏ-yə gəlir və burada ölkənin rəhbərliyi ilə danışıqlar aparır[3][4].
BƏƏ İraq iqtisadiyyatının ən böyük xarici investorudur. Ölkələr sərbəst ticarət müqaviləsi imzalamışlar. 2003-cü ildən bəri BƏƏ İraqdakı humanitar missiyalar üçün 215 milyon dollar sərmayə qoymuş və bu ölkənin 7 milyard dollarlıq borcunu bağışlamışdır[5].
İraqın Əbu-Dabidə səfirliyi var.
BƏƏ-nin Bağdadda səfirliyi var.