Bəhram Əliyev (solist)

Bəhram Babaxan oğlu Əliyev (13 mart 1950) — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tenor səs tembrinə malik yüksək dərəcəli solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2008).

Bəhram Əliyev
Ümumi məlumatlar
Doğum tarixi 13 mart 1950(1950-03-13) (74 yaş)
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, aktyor
Janrlar milli və klassik opera tamaşaları
Musiqi aləti royal
Səs tembri Tenor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2008

Əliyev Bəhram Babaxan oğlu 1950-ci ildə Neftçala rayonunda anadan olmuşdur.

1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş. Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışmışdır.

1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyir. Tenor səs tembrinə malik yüksək dərəcəli solist vokalçıdır.

B. Əliyev teatrın repertuarında olan bir sıra milli və klassik opera tamaşalarında ikinci dərəcəli rolları ifa edir. Buna baxmayaraq onun ifası istər vokal, istərsə də aktyorluq cəhətdən hər zaman professionallığı ilə fərqlənir. Onun Ü. Hacıbəyovun "Koroğlu" operasında ifa etdiyi Həmzə bəy, M. Maqomayevin "Şah İsmayıl" operasında Vəzir, R. Mustafayevin "Vaqif" tamaşasında Əli bəy, F. Əmirovun "Sevil" operasında Məmmədəli bəy, Z. Hacıbəyovun "Aşıq Qərib" operasında Mahmud, habelə C. Puççininin "Çio-Çio-San" operasında Yamadori, R. Leonkovallonun "Payatsı" operasında Kəndli və s. rolları öz fərdiliyi ilə seçilir və sevilir.

Hazırda B. Əliyev Ü. Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında "İntilligent Həsən" rolu üzərində çalışır.

  1. Evləri köndələn yar (film, 1982)