Bəhram Gurun heykəli

Bəhram Gurun heykəliAzərbaycanın paytaxtı Bakı şəhərində şəhər funikulyorunun qarşısında Azneft meydanında abidə və eyniadlı fontan. Abidədə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Bu heykəli 1959-cu ildə üç heykəltaraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov hazırlamışdır.[1]

Bəhram Gur heykəli
Bəhram Gur heykəli
Bəhram Gurun Bakıdakı heykəli
Bəhram Gurun Bakıdakı heykəli
Xəritə
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Bakı
Heykəltaraşlar Albert Mustafayev
Qorxmaz Sücəddinov
Aslan Rüstəmov
Tikilib 1959
Hündürlüyü 3,5 m
Material tunc
Saxlanıldığı yer Azneft meydanı, Bakı
Bəhram Gurun heykəli (Bakı)
link=:Fayl:
Xəritədə yeri
40°21′38″ şm. e. 49°50′01″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Azərbaycan poçt markası, 1997

Bəhram Gurun heykəli 2007-ci ilin sentyabrın ortalarında Bakının "Azneft" meydanı yaxınlığından götürüldükdən sonra Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində üç aya yaxın müddətdə bərpa olunduqdan sonra yerinə qaytarılmışdır. 2007-ci ilin dekabrın 15-də heykəlin bərpasından sonra açılışı olmuşdur. Bəhram Gurun heykəli 47 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin hündürlüyü 3,5 metrdir.[2]