Bəhram mirzə Qacar

Bəhram mirzə Qacar (1806–1882) — Qacar şahzadəsi, vali.

Bəhram mirzə Qacar
Doğum tarixi 1806
Doğum yeri
Vəfat tarixi 1882
Vəfat yeri
Atası Abbas mirzə
Fəaliyyəti məmur

Abbas mirzənin ikinci oğlu Bəhram mirzə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Müəzzəddövlə ləqəbini daşıyırdı.

1834-cü ildə Kirmanşah, Lurestan və Xuzistan əyalətlərinin hakimi təyin edilmişdi.

Nasirəddin şahın hakimiyyəti dönəmində ədliyyə naziri olmuşdu.

1859-cu ildə, Müzəffərəddin şah Təbrizi vəliəhd kimi idarə edən zaman ona naiblik etmişdi.

1882-ci ildə vəfat edib.

Bəhram mirzənin törəməsi Müəzzi soyadını daşıyır. Bəhram mirzənin İsmayıl mirzə adlı oğlu vardı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]